Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gələn ilin büdcəsi: pisi nə, yaxşısı nədir - mütəxəssis rəyi

Ekspert: "Ən böyük çatışmazlıq neft gəlirlərindən asılılığın artmasıdır"

Milli Məclis dekabrın 3-də “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin 29 milyard 879 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərinin 25 milyard 874 milyon 497 min manat, yerli gəlirlərinin 941 milyon 503 min manat, mərkəzləşdirilmiş xərclərinin 28 milyard 900 milyon 41 min manat, yerli xərclərinin 978 milyon 959 min manat) məbləğində olacağı proqnozlaşdırılır.

Büdcə gəlirlərinin 2 milyard 710 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edəcək. Daha 8 milyard 820 milyon manatını və yaxud 32,9 faizini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Vergi orqanlarının xətti ilə daxilolmaların 1 980 milyon manatı və yaxud 22,4 faizi neft, 6 840 milyon manatı və yaxud 77,6%-i isə qeyri-neft sektorunun payına düşəcək.

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 4 milyard 260 milyon manatını və yaxud 15,9 faizini Dövlət Gömrük Komitəsi təmin edəcək. Büdcə sənədinə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə daxilolmaların 2 milyard 190 milyon manatı (6,2 faiz çox) və yaxud 51,4 faizini ölkəyə idxal olunan mallarla bağlı əlavə dəyər vergisinin (ƏDV), 160 milyon manatı (5,9 faoz az) və yaxud 3,8 faizi aksiz vergisinin, 1 milyard 150 milyon manatı (21,1 faiz çox) və yaxud 27 faizi gömrük rüsumlarının, 40 milyon manatı (dəyişməyib) və yaxud 0,9 faizi isə yol vergisinin payına düşəcək.

Büdcə xərclərinə gəlincə, 2022-ci ildə işğaldan azad olunan ərazilərin bərpasına 2,2 milyard manat, müdafiə və milli təhlükəsizliyin təminatına 4 milyard 489 milyon 892,429 min manat (cari məzənnə ilə 2,6 milyard dollara yaxın) ayrılacaq. Dövlət büdcəsinin xərclər strukturunda müdafiə və milli təhlükəsizliyin təminatı xərclərinin xüsusi çəkisi 15 faiz təşkil edəcək .

Gələn dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub. Bunun 1 milyard 125 milyon 700 min manatı icbari tibbi sığortanın tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılacaq

Növbəti ilin təhsil xərcləri 3 milyard 884 milyon manat olacaq. Büdcə sənədinə əsasən, bu, gələnilki büdcə xərclərinin 13 faizi deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 18,5 faiz çoxdur.

Gələn il ümumilikdə büdcədə sosial xərclərin payı 46,4 faizə çatdırılacaq və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artıq olacaq. Bu xərclərin maliyyə tutumunu 13 milyard 851 milyon manata çatdırmaq nəzərdə tutulur. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Yeri gəlmişkən, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsaitin yönəldilməsi təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Yanvardan əmək pensiyalarının sığorta hissəsinin arntırılmasına dövlət büdcəsindən təxminən 210 milyon manat vəsait ayrılacaq. Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manata, minimum məbləğinin isə 200 manatdan 240 manata qaldırılması nəzərdə tutulub. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artırılaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artırılaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 35 manat artırılaraq 298 manata çatdırılması proqnozlaşdırılıb.

Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması hallarına, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsi üçün 182 milyon manat vəsait nəzərdə tutulub. Bu müavinətlərin ödənilməsi xərclərinin artım tempi bütün növ müavinətlər üzrə proqnozlaşdırılıb.

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata, ünvanlı dövlət sosial yardımının təyini üçün ehtiyac meyarının həddinin 200 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub.

2022-ci ilin dövlət büdcəsi dünya bazarında neftin bir barelinin 50 dollar qiyməti ilə hesablanıb.

Gələn ilin büdcə gəlirlərindəki artımın 100 milyon manatdan çoxu bütün dövlət xidmətləri üzrə rüsumların artırılmasından əldə olunacaq.

2022-ci ilin dövlət büdcəsi biznes üçün hansı imkanlar açır? Ölkə iqtisadiyyatında postpandemiya dövrünün bərpası büdcədə əksini tapırmı? Hansı çatışmazlıqlar var gələn ilin büdcəsində? Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, həcminə görə 2022-ci ilin dövlət büdcəsi müstəqillik dövründəki ən böyük büdcə olacaq: “İndiyədək dövlət büdcəmiz bu məbləği əhatə etməyib. Büdcədəki artım iqtisadiyyatdakı artımın nəticəsidir: ildən-ilə dövlətin gəlirləri artır, gəlirlər artdıqca xərclər də artır. Gələn iln büdcəsinin fərqləndirici xüsusiyyətlərindən biri də işğaldan azad olunan ərazilərin bərpasının daha da genişlənəcəyidir. Bu il bərpaya 2,2 milyard manat sərf olunur, gələn il bundan daha artığının xərclənməsi gözlənilir. Bərpa prosesi getdikcə daha çox vəsait tələb edir. Yaxınmüddətli dövrdə Azərbaycan büdcəsi üçün bu istiqamət prioritet təşkil edəcək. Ərazilərin bərpasına yönəldilən investisiyanın önəmli məqamı buradadır ki, bərpa olunan ərazilərin iqtisadi potensialı ölkə iqtisadiyyatına cəlb olunacaq. Bunun nəticələrini biz ölkə üzrə ümumi iqtisadi artımda hiss edəcəyik”.

Pərviz Heydərov

Ekspert bildrir ki, Azərbaycanın dövlət büdcəsi xərclərinin əsas hissəsini maaş, pensiya, müavinət və ödənişlərin icrası təşkil edir: “Bu da dövlət büdcəsinin sosial yönümlülüyündən xəbər verir. Amma hər il büdcədən sosial istiqamətli xərclərin artımı baş vermir. Belə artımlar adəyən sosial paketlərin icra olunduğu illərdə qeydə alınır. Yəni minimum əmək haqqı, minimum pensiyalar, sosial müavinətlər, ödənişlər artırılanda dövlət büdcəsinin sosial xərclərində də ciddi artım olur. Düzdür, pensiyaların indeksasiyası hər il aparılır, lakin bu, büdcədə ciddi xərc artımına gətirib çıxarmır. Son illərə nəzər yetirsək, sosial xərclərin ən çox artdığı il 2019-cu ildir. Həmin il ərzində 2 dəfə sosial paket həyata keçirilib ki, bunun nəticəsində 4 milyon nəfərə yaxın insanın gəlirlərində artım baş verib. Gələn ilin dövlət büdcəsində də sosial xərclərin ciddi artımı olacaq. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında hökumət tərəfindən tədbirlər hazırlanıb. Bu tədbirlərin nələrdən ibarət olduğu da ictimaiyyətə açıqlanıb artıq, onları təkrarlamağa ehtiyac yoxdur”.

P.Heydərovun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsi postpandemiya dövrünün bərpa prosesinə təkan verəcək: “2020-ci ildə dövlət büdcəsindən pandemiyadan zərərçəkən vətəndaşların və biznesin dəstəklənməsi üçün ciddi vəsaitlər ayrıldı. Nəticədə biz 2022-ci ilə daha yüksək bərpa prosesi ilə gedirik. Artıq ölkə iqtisadiyyatının pandemiyadan tam çıxdığını rahatlıqla söyləyə bilərik. Bu ili biz böyük ehtimalla, 5 faizlik iqtisadi artımla başa vuracağıq. Halbuki keçən il 4 faizə yaxın geriləmə ilə yekunlaşmışdı. Düşünürəm ki, koronavirus pandemiyasının yeni və daha kəskin dalğası meydana çıxmasa, gələn il ərzində də bərpa prosesi davam edəcək. Dövlət 2022-ci ildə də iqtisadiyyatda stimullaşdırıcı tədbirləri davam etdirəcək: istər vergi, istər pul-kredit siyasəti, istərsə də sahibkarlığın dəstəklənməsi baxımından”.

Ekspertə görə, 2022-ci ilin dövlət büdcəsi üçün ən ciddi çatışmazlıq Dövlət Neft Fondundan büdcəyə transfertin artırılmasıdır: “Bu, çox böyük çatışmazlıqdır. Biz iqtisadiyyatımızın, büdcəmizin neftdən, neft gəlirlərindən asılılığını ildən-ilə azaltmalı olduğumuz halda, gələn il Neft Fondundan büdcəyə transfertin həcmi builkindən 500 milyon manat yüksək olacaq. Bu artım həm ölkə iqtisadiyyatının diversifikasiyası baxımından, həm də qlobal səviyyədə yaşıl enerjiyə keçid prosesində iştirak baxımından Azərbaycan iqtisadiyyatı üçün zərərli bir prosesdir. Bu, həm də ölkə iqtisadiyyatının neft bazarındakı əhvaldan asılılığının çoxalması deməkdir. Buna görə də düşünürəm ki, Azərbaycan hökuməti heç olmasa 2023-cü ildən neft gəlirlərinin büdcədəki payını azaltmaq siyasətinə qayıtmalıdır. Bu payın artımı bizim üçün qətiyyən əlverişli deyil”.(yeni musavat)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

Cəlilabad sakini su quyusu qazdı, neft çıxdı - Video

Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...

“Siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər

Qazaxıstanda qanlı yanvar dəhşətləri: öldürülənlərin sayı 1000-i keçə bilər

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

“Human Rights Watch” 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır

XİN: Ermənistanın münaqişədən sonrakı dövrdə bu cür təbliğatı təəssüf doğurur və təhlükəlidir

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb

“Mançester Siti” “Real Madrid”in ulduzunu transfer etmək istəyir

Levon Ter-Petrosyan: Köçəryan və Sarkisyan hakimiyyəti ələ keçirməyə çalışır

Ən çox oxunanalar