Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn ilin büdcəsi əhalinin problemlərini azaldacaq, yoxsa əksinə artıracaq?

Rəşad Həsənov: “Gələn ilin dövlət büdcəsini sosial büdcə olaraq qiymətləndirmək doğru deyil”

Azər Mehtiyev: “Bizdə əgər büdcədən investisiyalara çox vəsait ayrılıbsa, bu investisiya yönümlü büdcə adlanır. Yox əgər büdcə sosial sahələrə çox ayrılıbsa, bu sosial yönümlü büdcə adlanır. Amma büdcənin sosial yönümlüyü yalnız onunla ölçülmür”.

Xəbər verdiyimiz kimi 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Gələn il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırılır.

Gələn ilin dövlət büdcəsinin sosial təmayülü haqqında nə demək olar və gələn ilin büdcəsi əhalinin problemlərini azaldacaq, yoxsa əksinə artıracaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənova və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.

Rəşad Həsənov: “2018-ci illə müqayisədə 2019-cu ildə büdcədən sosial istiqamətlərə ayrılan xərclərin həcmində təxminən 750 milyon manat artım olacaq”.

Azərbaycanda dövlət büdcəsinin heç vaxt sosial yönümlü olmadığını vurğulayan iqtisadçı-ekspert Rəşad Həsənov əlavə edib ki, dövlət büdcəsinin təxminən 60 faizdən yuxarı büdcə xərcləri sosial istiqamətə yönəldiyi halda həmin büdcələr sosial yönümlü büdcələr adlanır. Azərbaycanda isə bu göstərici 2019-cu ildə 33,3 faiz olacaq:

“Birincisi onu qeyd edim ki, Azərbaycanda dövlət büdcəsi heç vaxt sosial yönümlü deyil. Çünki dövlət büdcəsinin təxminən 60 faizdən yuxarı büdcə xərcləri sosial istiqamətə yönəldiyi halda həmin büdcələr sosial yönümlü büdcələr adlanır. Azərbaycanda isə bu göstərici 2019-cu ildə 33,3 faiz olacaq. Yəni dövlət büdcəsinin təxminən 8,3 milyard manata yaxın bir hissəsi bu məqsədlə xərclənəcək.

Bu prizmadan yanaşanda gələn ilin dövlət büdcəsini sosial büdcə olaraq qiymətləndirmək doğru deyil. Amma biz irəliləyişə, yəni trendə baxmış olsaq 2018-ci illə müqayisədə 2019-cu ildə büdcədən sosial istiqamətlərə ayrılan xərclərin həcmində təxminən 750 milyon manat artım olacaq. Yəni müqayisədə növbəti il sosial xərclər üçün dövlət büdcəsindən ayrılan vəsait 9,9 faiz artacaq.

Bu xərclər də müxtəlif istiqamətə yönələcək. Təbii ki, burada əmək haqqlarının ödənişi xərcləri, təqaüdlərin və sosial müavinətlərin ödənişi, ərzaq məhsullar və dərman vasitələrin alınması vəs. bu kimi istiqamətlər var. Eyni zamanda əhalinin mənzil təminatının gücləndirilməsi ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılan 162 mln. manat, xidmətlərin daha aşağı qiymətə əhaliyə təklif olunması məqsədi ilə AZAL-a 10 mln. manat və Metropolitenə 45mln. manat ayrılan pullar var.

Rəşad Həsənov: “Dövlət büdcəsində sosial xərclərin xüsusi çəkisinin artımı təxminən 1,1 faizdir”.

Ümumiyyətlə götürəndə cari illə müqayisədə gələn ilin dövlət büdcəsində sosial yönümlərlə bağlı müəyyən artımlar baş verəcək. Burada həmçinin ehtiyac meyarının artırılması məsələsi də artıq büdcədə öz əskini tapıb. Yəni ehtiyac meyarı 13 manat və yaxud da 10 faiz artırılır. Hazırda ehtiyac meyarı 130 manatdır və növbəti ildə 143 manata çatdırılacaq. Bütün bunlar irəliyə doğru hansısa, dəyişikliklərdən xəbər verir.

Onu da nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin özünün həcmində də artımlar var. Əgər bu prizmadan müqayisə aparmış olsaq, ümumiyyətlər götürəndə dövlət büdcəsində sosial xərclərin xüsusi çəkisinin artımı təxminən 1,1 faizdir. Çünki ötən il sosial xərclərin xüsusi çəkisi 32 faiz olub. Bu il isə 33,3 faiz olub.

Göründüyü kimi gələn ilin büdcəsini çox da sosial yönümlü büdcə kimi qiymətləndirmək olmaz. Yenə də əvvəlki kimi büdcə xərclərinin əhəmiyyətli hissəsi infrastruktura yönəldilib. Amma buna baxmayaraq bir daha qeyd edim ki, car il büdcəsi ilə müqayisədə gələn il büdcəsində nisbətən də olsa, artımlar var”.

Azər Mehtiyev: “Bu gün təhsil, səhiyyə sektoruna büdcədən vəsait çox ayrılıb. Amma məlumdur ki, o sahələrdə çalışan insanların əmək haqqları son dərəcə aşağıdır”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri isə qeyd edib ki, təhsil, səhiyyə sektoruna büdcədən vəsait çox ayrılsa da, bu sahələrin səviyyəsi, keyfiyyəti insanları qane etmir:

Azərbaycanda büdcəsnin sosial, investesiya və yaxud digər xarakterli olması haqqında çox danışılır. Bu hansı istiqamətə daha çox vəsaitin ayrılması ilə bağlı məsələ deyil. Bizdə əgər büdcədən investisiyalara çox vəsait ayrılıbsa, bu investisiya yönümlü bedcə adlanır. Yox əgər büdcə sosial sahələrə çox ayrılıbsa, bu sosial yönümlü büdcə adlanır. Amma büdcənin sosial yönümlüyü yalnız onunla ölçülmür.

Ümumiyyətlə məlum olmalıdır ki, büdcədən ayrılan vəsaitlər büdcədən əmək haqqı alan əhalinin sosial rifahını təmin etmək iqtidarındadırmı? Bax bu sualın cavabı önəmlidir. Məsələn bu gün təhsil, səhiyyə sektoruna büdcədən vəsait çox ayrılıb. Amma məlumdur ki, o sahələrdə çalışan insanların əmək haqqları son dərəcə aşağıdır.

Həmçinin onu da qeyd edə bilərik ki, nə məktəb, nə də səhiyyənin səviyyəsi, keyfiyyəti insanları qane etmir. Bu baxımdan məsələyə yanaşmaq daha önəmli olardı, nəyinki, o sahələrə ayrılan vəsaitin həcmi baxımından”.

Nərminə UMUMDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar