Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gələn ildən müəllimlərin mərhələli şəkildə sertifikasiyası keçiriləcək

"Azərbaycanda 2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq"...

Bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub: "Sertifikasiya prosesinə başlanması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsi, sertifikaya zamanı qiymətləndirilmənin aparılması və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar