Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il Azərbaycanda qaz hasilatının həcmi 40 mlrd. kubmetri ötəcək

Energetika naziri Pərviz Şahbazov bildirib

2020-ci ildə Azərbaycanda qaz hasilatının həcminin 40 mlrd. kubmetrdən çox olacağı planlaşdırılır.

Bunu energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının açılışında bildirib.

"Bir il əvvəl açılışı həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa yönəlmiş layihədir.2020-ci ildə Xəzər dənizindən Avropaya yeni mənbədən təbii qazın çatdırılması üzrə işlər yekun, onun genişləndirilməsi istiqamətində işlər isə başlanğıc mərhələdədir. Cənub Qaz Dəhlizi imkan verir ki, Azərbaycan enerji strategiyasını həm də təbii qaz sektorunda inkişaf etdirsin.Cənub Qaz Dəhlizi üzrə görülmüş işlərdə artıq nəticələr əldə edilib", - nazir qeyd edib.

Onun sözlərinə görə, TANAP-la indiyə kimi Türkiyəyə 1.8 mlrd. kubmetr qaz nəql edilib. Nazir deyib ki, "Şahdəniz" yatağından qaz hasilatı 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, 2020-ci ildə isə 8,5 mlrd. kubmetr artacaq: "Beləliklə, 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 mlrd.kubmetri ötəcəyi gözlənilir".(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar