Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il ABŞ dollarının 35 faiz ucuzlaşması ehtimal edilir... - Dünya iqtisadiyyatını nələr gözləyir?

“Çinlə dağıdıcı mübarizəyə baş vurması az imiş kimi, Tramp, həm də qlobal təşkilat və alyansların nüfuzunu zədələməyə çalışıb. Onlar isə onilliklər boyu ABŞ-ı, onun dünyadakı proseslərə təsirini dəstəkləyiblər” – deyə mütəxəssis bildirib...

İqtisadçı-ekspert: “Dünya iqtisadiyyatının strukturuna, həcminə baxdıqda görünür ki, dolların hegemon rolu güclüdür. Buna görə də dolların birdən-birə o qədər ucuzlaşması iddiası real görünmür”.

“Əslində ABŞ hökuməti də, Federal Ehtiyatlar Sistemi də dolların az da olsa, dəyərdən düşməsində maraqlıdırlar. Çünki dolların digər valyutalar qarşısında ucuzlaşması baş verəndə bu ABŞ ixracatına pozitiv təsir göstərir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ dollarının 35 faiz dəyərdən düşməsi iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

“Jackson Institute of Global Affairs” İnstitutunun böyük elmi işçisi Stiven Rouçun bildirib ki, gələn il Amerika Birləşmiş Ştatlarının (ABŞ) valyutası 35 faiz dəyərdən düşə bilər.

Mütəxəssisin “Dolların çöküşü gəlir” başlıqlı məqaləsində ifadə olunmuş fikrincə, ölkəni büdcə defisiti və istehlakçı yığımlarının azalması gözləyir.

Ekspert hesab edir ki, bu məsələdə hər şeydən əvvəl ABŞ prezidentinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə mübahisəsi və Almaniyada hərbi kontingentin azaldılması barədə qərarı həlledici rol oynayacaq.

Materialda qeyd olunur ki, 2020-ci ilin birinci rübündə təmiz milli yığım (ev təsərüffatlarında və dövlət sektorundakı yığım) milli gəlirin 1,4 faizi qədər enib. Bu da 2011-ci ildən bu yana ən aşağı göstəricidir.

Rouç xəbərdarlıq edir ki, dollar üçün ən əsas təhlükələrdən biri Donald Trampın prezidentliyi dövründə ABŞ-ın qlobal liderliyinin zəifləməsidir.

“Çinlə dağıdıcı mübarizəyə baş vurması az imiş kimi, o, həm də qlobal təşkilat və alyansların nüfuzunu zədələməyə çalışıb. Onlar isə onilliklər boyu ABŞ-ı, onun dünyadakı proseslərə təsirini dəstəkləyiblər” – deyə materialda göstərilir.

ABŞ dollarının 35 faiz dəyərdən düşməsi iddiası real ola bilər və bunun hazırda ciddi böhran içində olan dünya iqtisadoyyatına hansı təsirləri ola bilər? Həmçinin normalda Tarmpın prezidentliyi dönəmində ABŞ iqtisadiyyatə yüksəlirdi. Bütün dünyada ticarət savaşlarına rəvac verən Trampın ikinci prezidentliyi baş tutarsa, iqtisadi baxımdan həm ABŞ-da, həm də dünyada hansı iqtisadi prosselərə gedə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Donald Trampın atdığı addımlar ölkə daxilində müxtəlif reaksiyalar doğursa da, böyük iqtisadi oyunçular, böyük korporasiyalar tərəfindən dəstəklənir”.

Dolların kəskin ucuzlaşması ehtimalının çox aşağı olduğunu bildirən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, sadəcə Federal Ehtiyatlar Sisteminin atacağı addımlara görə dolların rezervlərinin bir az da aşağı düşmə ehtimalı var:

ABŞ valyutasının kəskin dəyərdən düşmə ehtimalı azdır. Əslində ABŞ hökuməti də, Federal Ehtiyatlar Sistemi də dolların az da olsa, dəyərdən düşməsində maraqlıdırlar. Çünki dolların digər valyutalar qarşısında ucuzlaşması baş verəndə, bu, ABŞ ixracatına pozitiv təsir göstərir. Buna görə də ABŞ hökumətinin, əsasən də Federal Ehtiyatlar Sisteminin siyasəti buna yönəlib ki, az da olsa, dolların dəyərdən düşməsini saxlasınlar.

Bunun nəticəsidir ki, son bir ayda dollar indeksində azalmalar müşahidə olunur. Üç həftə bundan öncə 1 avro 1 dollar 8 sentə bərabər idi. Bu gün isə 1 avro 12 sentə bərabərdir. Yəni iki həftə ərzində dollar həm avro, həm də digər valyutalar qarşısında ucuzlaşıb. Amma dolların 35 faiz ucuzlaşacağı ehtimalı o qədər də real görünmür.

Dünya iqtisadiyyatının strukturuna, həcminə baxdıqda görünür ki, dolların hegemon rolu güclüdür. Buna görə də dolların birdən-birə o qədər ucuzlaşması iddiası real görünmür. Dünya iqtisadiyyatında hələ də ticarətin 70-72 faizi dollar üzərində aparılır. Həmçinin dünyanın istənilən ölkəsinin valyuta rezervlərində dollar üstünlüyə malikdir. Bir daha qeyd edim ki, dolların kəskin ucuzlaşması ehtimalı çox aşağıdır. Amma Federal Ehtiyatlar Sisteminin atacağı addımlara görə dolların rezervlərinin bir az da aşağı düşmə ehtimalı var.

Natiq Cəfərli: “Az da olsa, dolların indeksində ucuzlaşmanın olacağı ehtimalı var”.

Onu da qeyd edim ki, dolların rezervlərinin aşağı düşməsi yenilik də deyil. Elə vaxt olub ki, dollar avro qarşısında indikindən qat-qat ucuz olub. Məsələn bir neçə il bundan öncə 1 avro 1 dollar 40 sentə qədər bahalaşmışdı. Dolların ucuzlaşacağı haqqında ehtimallar var. Amma 30-35 faiz çox böyük rəqəmdir. Buna görə də ABŞ-da atılan addımlara görə dolların bu qədər ucuzlaşması ehtimalı çox aşağıdır. Amma az da olsa, dolların indeksində ucuzlaşmanın olacağı ehtimalı var.

Əslində Donald Trampın atdığı addımlar ölkə daxilində müxtəlif reaksiyalar doğursa da, böyük iqtisadi oyunçular, böyük korporasiyalar tərəfindən dəstəklənir. Çünki Tramp daha çox ABŞ şirkətlərinin maraqlarının qorunması yönündə addımlar atır. Düzdür bu addımlar dünya iqtisadiyyatına və dünya ticarətinə ziyan vurur. Ölkələr daxili problemlərinə qapanırlar. Özlərində qloballaşma və qlobal iqtisadi münasibətlər ikinci, üçüncü plana keçir. Amma Tramp keçən il daxildəki şirkətlərə çox ciddi vergi güzəştləri tətbiq etdi.

Buna baxmayaraq liberal kəsim, əsasən də media Trampı xoşlamır. Yəni onlar Trampın seçilməsindən məmnun deyil. Onlara görə Tramp qeyri-standart addımlar atır və çıxışları qırıcı olur. Amma ABŞ iqtisadiyyatı Tramp dövründə, əsasən də keçən ilə qədər çox ciddi inkişaf etdiyini və surətlə artdığını görürdük. Buna görə də əgər Trampın ikinci prezidentlik dövrü baş tutarsa, çox güman ticarət və valyuta savaşları davam edəcək. Çünki Trampın öz dəsti-xətti var. Kifayət qədər də sərt dili, üslubu var.

Natiq Cəfərli: “Tramp ABŞ iqtisadiyyatı üçün heç də az iş görməyib”.

Dünya iqtisadiyyatının özünə qapanması baş verə bilər. Hər bir ölkə öz maraqları çərçivəsində addımlar ata bilər. Bu da dünya iqtisadiyyatının zəifləməsinə və dünya iqtisadiyyatında ticarətin azalmasına səbəb ola bilər. Tramp Çin və digər ölkələrdən gələn mallara ona görə böyük vergi yükü qoyur ki, daxili istehsalda istehsalçıları qorusun. Əgər Trampın ikinci prezidentliyi dövründə də bütün addımlar daxili istehsalçıların qorunması üçün atılacaqsa, ABŞ iqtisadiyyatında daxili resurslar hesabına inkişafı baş verə bilər.

Trampın biznesmen olduğu da xatırlatmaq lazımdır. Buna görə də böyük fəlakətlərin olmasını gözləmirəm. Amma Çin, digər ölkələr, o cümlədən Rusiya Trampın ikinci prezidentlik dönəmindən o qədər də məmnun qalmaya bilərlər. Çünki hər iki ölkəyə qarşı ABŞ-ın ciddi sanksiya rejimi var. Əsasən də Tramp Çinə qarşı çox kəskin addımlar atır. Təbii ki, Trampın hakimiyyətdə qalması bu ölkələrin marağında deyil.

Ümumilikdə isə Tramp ABŞ iqtisadiyyatı üçün heç də az iş görməyib”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar