Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn həftə Akademik Musiqili Teatrda “Balaca Şahzadə” 4 dəfə göstəriləcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş ediləcək

Tamaşalar mayın 31-i, saat 13:00 və 19:00-da, iyunun 1-i, saat 12:00 və 19:00-da nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru xalq artisti, Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair İlqar Fəhmi, rejissoru əməkdar artist Nofəl Vəliyevdir. Səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə "Bakı Media Mərkəzi”nə məxsusdur.

Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları əməkdar artistlər - Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər.

Tamaşanın teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.

Qeyd edək ki, "Balaca Şahzadə” tamaşasının layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevadır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar