Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur...”

“Büdcəni dağıdırlar, əlilə, xəstəyə baxan yoxdur. Vətəndaşı qapıdan qovurlar, İkinci qrup əlil qardaşım, xəstə anam, bacım, həyat yoldaşım – hamımız betonun üstündə yatırıq. Hərəmiz bir xəstəlikdən əziyyət çəkirik. İş vermirlər ki, başımızı dolandıraq”...

Ağsu sakini Ramil Kərimov bildirir ki, atası Qarabağ döyüşlərində yaralanıb. Müharibənin yaraları onu həyatdan çox erkən aparıb. O və digər 5 uşaq tək ananın himayəsində böyüyüb. Ancaq şəraitsizlik, kasıblıq, işsizlik ailə üzvlərinin hamısını xəstə, yarımcan edib. Ramil Kərimov ailənin durumundan danışır:

“Bizi əziyyətlə böyüdən anam yataq xəstəsidir, bacım da, həyat yoldaşım da xəstədir, müalicələrinə maddi imkanımız yoxdur. Həyat yoldaşım böyrək çatışmazlığından əziyyət çəkir, qardaşımsa 2-ci qrup əlildir. Betonun üstündə yatır. Çox acınacaqlı durumdayıq, elə hamımız betonun üstündə yatırıq, evimiz başımıza uçur, dam örtüyü dağılıb, yağış başımıza yağır. Dörd ağır xəstə belə vəziyyətdə zülm çəkir. Həyat yoldaşım elə şəraitsizlikdən böyrək çatışmazlığına tutuldu. Üstəlik də ailəmizdə heç kimin əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Hətta məşğul olmaq istəsək belə, iş də yoxdur”.

Ramil Kərimov deyir ki, ailə gözünü 2-ci qrup əlilin pensiyasına dikib. Bu pensiya ailənin nəinki dərmanlarına, heç yavan çörəyinə də çatmır. Ailə üzvləri ünvanlı sosial yardım üçün müraciət etsələr də, imtina cavabı alıblar.

Şikayətçinin sözlərinə görə, həm özü, həm də ailə üzvləri Ağsu Rayon İcra Hakimiyyətində olsalar da, onlara bildirilib ki, qurumun kömək etmək imkanı yoxdur: “Gedirik icra hakimiyyətinə, deyirlər, başçı məşğuldur. Son vaxtlar ordan da ümidimizi üzmüşük, daha getmirik. Hansı quruma müraciət ediriksə, deyirlər, bura sizinçün yardım paylayan təşkilat deyil. Prezident rayonlara icra başçısı təyin edir ki, xalqın dərdiylə maraqlansın, problemini həll eləsin.Ancaq bizim icra hakimiyyətinə gələn vətəndaşlara deyirlər, bura yardım paylayan, iş verən təşkilat deyil. Bəs vətəndaş neyləsin, gedib oğurluqla məşğul olsun?” (dia.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar