Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydəki dəhşətli hadisənin təfərrüatı

Gədəbəydə baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub

Rayonun Arısu kənd sakinlərindən Lent.az-a verilən məlumata görə, Əmiraslan Həsənov ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qaynının (Məhəmməd Əliyev) qızı 1985-ci il təvəllüdlü Rüxsarə Vəliyevaya qolundan, onun oğlu 2006-cı il Aqşin Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Qeyd edək ki, Əmiraslan Həsənovun qaynı Məhəmməd Əliyev dünyasını dəyişib, həyat yoldaşı İradə Əliyeva isə 1962-ci il təvəllüdlüdür. Onların bu nikahdan iki qızları olub.

Bildirildiyinə görə, mübahisə Rüxsarə Vəliyevanın hazırda yaşadığı ev üzərində düşüb. Belə ki, Ə.Həsənov evdən pay istəyib. Həmin ev isə onun qayınatasınındır. Ev sahibi qaynana İradə Əliyeva hazırda o evdə qızı və nəvəsi ilə birlikdə yaşayır.

***
11:54
Gədəbəydə silahlı insident olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdiriblər.
Gədəbəy Rayon Polis Şöbəsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb və araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar