Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gecəyarısı bacısının ərini başqa qadınla yataqda yaxaladı və... - Azərbaycanda şok olay

Tovuz rayonunda yeznəsini öldürməyə cəhddə ittiham olunan Vüqar Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Vüqar Ələkbərovun barəsində prokurorluqda toplanan material araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 1-nə təyin edilib.

İttihama görə, hadisə ötən il oktyabrın 4-də Tovuz rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində Elbrus Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.

Hadisəni Elbrus Ələkbərovun qaynı Vüqar Ələkbərov törədib.

Oktyabrın 4-də, gecə saat 1 radələrində Vüqar Ələkbərov Elbrus Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb.

Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb.

Münaqişə nəticəsində Vüqar Ələkbərov özü ilə gətirdiyi benzini Elbrus Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

Elbrus Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

İstintaq orqanı tərəfindən Vüqar Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.(teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar