Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gecələr yuxudan qışqıra-qışqıra danışıram...“ - Zamiq köçkün düşməyindən danışdı

Müğənni Zamiq Hüseynov qaçqın düşməyindən danışıb.

MTV telekanalında qonaq olan sənətçi Füzuli rayonundan çıxmağını xatırlayıb:

“Biz oradan çıxanda mənim 7-8 yaşım var idi. Hər gün tanklar bizim qapımızdan keçirdi, biz əmim uşaqları ilə çıxırdıq, tanka minirdik, ora-bura gedirdik. Hətta elə olurdu ki, bizi görməyəndə çağırırdılar ki, “gəlin”. Amma tez-tez deyərdilər ki, “çıxın gedin, çox təhlükəlidir, qalmayın”. Və Füzuli rayonundan olan qohumlarımız bizə gəlmişdilər, həftələrdir bizdə qalırdılar. Atam deyirdi ki, biz getməyəcəyik, evimizdən çıxmayacağıq”.

37 yaşlı müğənni həmin vaxt uşaq olsa da, travmanı bu gün də yaşadığını etiraf edib:

“Elə oldu ki, günün birində top gəldi bizim həyətin aşağısına düşdü, o səs hələ də yadımdadır, mənim üçün o qədər böyük travmadır ki... O vaxt qəlpələr dolu kimi yağırdı və ağlayaraq bilmirdik kimin qucağına gedək. Nənəm məni aldı qucağına, yol maşınları gəlirdi, çıxdıq yola, hamı çıxıb gedirdi. Maşında da yaralı əsgəri gördüm, o anı danışmaqla təsəvvür etdirmək mümkün deyil. Tozdan göz-gözü görmürdü. Biz Horadiz şəhərinə gəldik, orada məskunlaşdıq. Bir neçə ay sonra bildik ki, valideynlərimiz yaşayır, ya yox, çünki o vaxt telefon yox idi, əlaqə saxlamaq olmurdu. Sonra gəldik Saatlı rayonuna, çadırda məskunlaşdıq. 1993-cü ildən 99-cu ilə qədər orada qaldıq. Çadırda yatırdıq, balaca yer idi o 7 ildə nələr çəkdik, həmin travma mənim yadımdan çıxmır, yuxudan qışqırıb oyanırdım. Hətta bu günə kimi hərdən gecə yuxudan qışqıra-qışqıra oyanıram. Allah heç bir övlada o günü qismət eləməsin”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar