Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gec və ya tez Qarabağda hərbi əməliyyat başlayacaq” – Keçmiş XİN rəhbəri

Məlum olduğu kimi, son vaxtlar işğalçı ölkənin Azərbaycana yönəlik təxribatları artmaqdadır

Xüsusilə də, düşmənin “cəza dəstələri” yaratması, Azərbaycan hərbçisini şəhid edən erməniləri mükafatlandırması, hər addımda müharibəyə hazır olduqlarını nümayişkəranı surətdə dilə gətirməsi işğalçı ölkənin öz təcavüzkar niyyətindən əl çəkmədiyini göstərir.

Qondarma Qarabağ “respublikası” rəhbərinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin “öldürün və mükafatlandırın” siyasətini dəstəkləməsi, Azərbaycanla “məhz bu dildə” danışmağın vacibliyini vuğulaması da düşmənin sözün həqiqi mənasında qana susadığını göstərir.

Ermənistan və işğaldakı ərazilərdə formalaşan qondarma rejimin artan təxribatları Qarabağ probleminin gələcəyinə nə vəd edir?

Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov düşmən təxribatlarının gec-tez müharibəyə rəvac verəcəyini deyir:

“Baş verənlər göstərir ki, Qarabağ və Paşinyan qruplaşması arasındakı gərginlik məhz Qarabağ məsələsində öz inkişafını tapsacaq. Bu gərginlik, bu münaqişə məhz Qarabağ mövzusunda davam etdiriləcək. Baxın, öncə Ermənistanın müdafiə naziri Azərbaycan hərbçisinin şəhid edilməsi ilə bağlı əmri şəxsən verdiyi ilə bağlı bəyanat səsləndirdi. Daha sonra isə qondarma Qarabağ rejiminin təmsilçiləri daha sərt bəyanatlar verdi. Bu, onu göstərir ki, daxildə olan problemləri məhz hərbi əməliyyatların bərpası ilə həll eləmək istəyirlər. Ictimaiyyətə özlərini daha radikal,”vətənpərvər” göstərmək niyyətindədirlər.

Artan təxribatlar gec və ya tez hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Çünki Paşinyan və digərləri məhz belə bir yol tutublar və görünən odur ki, axıra kimi getmək niyyətindədirlər”. (Moderator.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar