Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU-nun müəllimi kitabını tələbələrə zorla satır - Narazılıq...

Şikayətçi iddia edir ki, dekanın kitabını almayan tələbələrə hədə-qorxu gəlinir, nəticədə bütün tələbələr həmin kitabı 10 manatdan alır...

Məlumdur ki, Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun əmri ilə təhsil müəssisələrində tələbə və şagirdlərə şəxsi kitabların satışı qadağan olunub. Lakin,Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev özünün yazdığı (dərslik deyil) kitabını fakültədə təhsil alan 870 tələbənin hər birinə biri 10 manatdan satdırır". Bu iddia dia.az-a daxil olan müraciətdə yer alıb.

İddia müəllifi daha sonra dia.az-a müraciətində bildirir: "Almayan tələbələrə hədə-qorxu gəlir, nəticədə bütün tələbələr həmin kitabı 10 manatdan alır. Təkcə dekan Bayram Apoyevin bu kitabdan qazancı 8700 manat edir.

Fakültədə 166 tələbəni aylığa buraxıb,bu tələbələr universitetə heç vaxt gəlməsələr də, imtahanlardan qiymət alır,kursdan kursa keçirilir. Bir tələbənin aylığa buraxılma xərci ildə 1000 manatdır, yəni bir semestri 500 manat edir. Buraya kollekvium və imtahanlardan keçirilmə xərcləri daxil deyil.

Bu da edir: yüz altmış altı min manat!!!

Təsadüfü deyil ki, dekan Bayram Apoyevin oğlu Şamo ən son model tünd göy rəngli Mersedes alır, 70000 manatı "Topaz"da uduzur, amma bu nə atanın nə də oğulun vecinə də deyil.

Universitet rektoru Yusif Yusibov isə bunları görmür və ya görmək istəmir.Bizə aylıqda olan bu 166 tələbənin siyahısı daxil olub,bunların içərisində xaricdə olanları da var.Bu siyahıdakı adlar prokurorluq orqanlarına göndəriləcək,qoy Yusif Yusibov bunlara cavab versin".

Bütün iddia olunanlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar