Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə ümumrayon müşavirəsi keçirilib

Füzulidə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlara həsr olunan ümumrayon müşavirəsi keçirildi...

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi islahatlara həsr olunan ümumrayon müşavirəsi keçirildi. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkiatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sadə vətəndaşlar iştirak etdilər. Müşavirədə çıxış edən Alı Alıyev Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın dinamik inkişaf yoluna çıxardığını, ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndiyini bildirdi.

Alı Alıyev qeyd etdi ki, son bir ildə Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Alı Alıyev diqqətə çatdırıb ki, son bir il ərzində Bakıətrafı qəsəbələrdə salınmış şəhərciklərdə, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında tikilmiş qəsəbələrdə minlərlə füzulili məcburi köçkün mənzillərlə təmin edilmişdir. Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 97 milyon manata yaxın vahid aylıq müavinət ödənilmiş, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş füzulili məcburi köçkün uşaqlarının 4000000 manata yaxın təhsil haqqı dövlət tərəfindən qarşılanmış, 54115 min məcburi köçkünün pulsuz tibbi müayinəsi təşkil edilmişdir, səyyar ASAN XİDMƏT avtobus və qatarları tərəfindən 5203 nəfər məcburi köçkünə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilmişdir. Rayonun aztəminatlı ailələrindən olan 159 ailə özünüməşğulluq proqramına cəlb olunmuş, 432 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmiş, “DOST İŞ Mərkəzi” MMC vasitəsilə 350 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunmuşdur.

Son bir ildə ərazidə yaşayan füzulili məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdən yığılıb qalan 954024 manat borcu silinmişdir.
Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərmanı son bir ildə Füzuli rayonundan olan 440 şəhidin 530 vərəsəsinə şamil olunmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 2000-dən artıq füzulili məcburi köçkünün kreditlə bağlı narahatçılığına son qoyulmuşdur.

Müşavirədə bildirilib ki, Prezident cənab İlham Əliyevin son bir ildə imzaladığı Fərman və Sərəncamlarla minimum əmək haqqı 250 manata, pensiyalar isə 200 manata çatdırılıb. Ölkə başçısının imzaladığı Fərman və Sərəncamlar minlərlə füzulili məcburi köçkünün sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, pensiyaçıların, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.

Alı Alıyev rayonda müxtəlif sahələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən də danışıb. Qeyd edib ki, Füzuli rayonu artıq 8 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlar arasında öz yerini qoruyub saxlamaqdadır. Ümumiyyətlə son 7 ildə rayonda 1000000 ton taxıl istehsal edilmişdir, son 3 ildə isə rayona barama istehsalına görə 1000000 manat vəsait daxil olmuşdur.

Alı Alıyev Horadiz şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulduğunu, rayon ərazisində yaş baramanın qurutma məntəqəsinin, Bayraq Muzeyinin, Mərkəzi rayon Xəstəxanasının, Arayatılı kəndində Heydər Əliyev Fondunun hesabına 100 çarpayılıq körpələr evi uşaq bağçasının, kərpic evlər adlanan ərazidə məskunlaşmış 95 ailə üçün yeni qəsəbənin tikintisinin sürətlə davam etdiyini, 2700 ha ərazidə yaradılan Aqroparkın yaxın vaxtlarda tam gücü ilə işə başlayacağını, 1200 ha sahədə Azərşəkər MMC tərəfindən iri şəkər çuğunduru təsərrüfatının yaradılacağını, Kürdmahmudlu, Mahmudlu-1-Böyük Bəhmənli kəndarası yollarının əsaslı təmir olunacağını bildirdi.

Müşavirədə RİHB-nın birinci müavini Bağır Aslanov, DSMF-nin rayon şöbəsinin müdiri Adil Həziyev, Məşğulluq Mərkəzinin direktoru Sərdar İsmayılov, rayon Prokuroru Ramazan Hadıyev və digərləri çıxış etdilər.

Müşavirəyə yekun vuran Alı Alıyev məmur-vətəndaş münasibətlərindən danışıb. Alı Alıyev harada işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Alı Alıyev qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri insanlarla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verməməlidirlər. Prezident cənab İlham Əliyevin dediyi kimi məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluqla məşğul olmamalı, dövlətə, müstəqilliyə sadiq olmalıdırlar.

Alı Alıyev Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman vətəndaşlarla bir yerdə olduqlarını, onların problemlərini, müraciətlərini vətəndaşların özlərindən dinlədiklərini bildirib, rayonun hər bir məmurunu, vəzifəli şəxsini ölkə başçısından və onun xanımından nümunə götürməyə çağırıb.

Müşavirədə xüsusi olaraq vurğulanıb ki. Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətin ali məqsədi - ana xətti Azərbaycanımızın, o cümlədən rayonumuzun daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar