Bazar ertəsi, 18 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Füzulidə avtomobil minaya düşdü: beş mülki şəxs həlak oldu

Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməlləri törədib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“İlham Əliyev istəsəydi, Xankəndiyə də girərdi, amma...” - Əli Həsənov

Çavuşoğlu türk bazalarına aydınlıq gətirdi: "Ehtiyac olsa, Azərbaycanla ikitərfli anlaşma imzalayarıq"

“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və...”

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - Siyahı

Ailədə 10 nəfərik, hamımız evdə oturub dost-tanış verəndən yeyirik – Tanınmış aktyor

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Vəkil: “Əks halda, Mehdiyevin, Həsənovun qurduqları cinayətkar, əxlaqsız iş prinsipi davam edəcək”

Rəşid Mahmudovdan açıqlama: “O dünyadan danışıram“

loading...

Ən çox oxunanalar