Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli və Cəbrayıla dəymiş ziyan müəyyənləşib

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində FüzuliCəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq CəbrayılFüzuli rayonlarına dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma təmirə ehtiyacı var.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 348 fərdi evə baxış keçirilib ki, onlardan 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə də ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyektə ziyan dəyib, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub". (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Ən çox oxunanalar