Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib
PİA.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektindəki Füzuli parkında baş verib.
Rayon sakini Ramin Mahmudov həmin parkda tanışı Ələkbərov Məhərrəm Zəhmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mahmudov çayxanadan götürdüyü bıçaqla M.Ələkbərovun kürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya çatdırılıb.
pia.az