Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Füzuli Ələkbərovun korrupsioner kadrını Sahil Babayev yenidən vəzifəyə niyə qaytarıb?...

Bu sualı Beyləqandan saytımıza daxil olan şikayət məktubunda rayon sakinləri verirlər...

Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra bu qurumda aparılan bir çox islahatlar müsbətə doğru nəyinsə dəyişəcəyi ümidi yaratmışdı.

Beyləqandan MilliYol-a ünvanlanan şikayət məktubunda bildirilir ki, son aylar ƏSMM-in qurumlarında aparılan bir çox kadr islahatları nazir Sahil Babayevin sələfləri Füzuli Ələkbərovun və Səlim Müslümovun “yol”u ilə getməsinə dəlalət edir. Çünki yeni təyin edilən kadrların əksəriyyəti keçmiş nazir Füzuli Ələkbərovun dövründə işləmiş və Səlim Müslümov dövründə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən qovulanlardır. Elə bu üzdən də Beyləqan sakinləri Sahil Babyevə sual edirlər ki, nazir Füzuli Ələkbərovun korrupsionerlərini sosial müdafiə sahəsinə niyə geri qaytarır?

Bizcə də bu sual maraqlı sualdır və ehtimal edirik ki, Sahil Babayevin “məsləhətçiləri” üçün bu sual maraqlı deyil. Hətta hesab etmək olar ki, cansıxıcı sualdır...

Şikayətçilər yazırlar ki, bəhz olunan kadrlardan biri də Beyləqan rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyevdir. Şikayətçilərin bildirdiyinə görə Füzuli Ələkbərovun dövründə Beyləqan rayon Məşğulluq Mərkəzinin rəhbəri işləyən İlham Quliyev Səlim Müslümovun dövründə işində yol verdiyi ciddi nöqsanlara görə vəifəsindən çıxarılıb. Səlim Müslümovun nazir işlədiyi dövdə Beyləqan bazarında alverlə məşğul olan İlham Quliyevin ulduzu Sahil Babayevin dövründə yenidən ulduzu yenidən parlayıb və İlham Quliyev vəzifəsinə geri qaytarılıb. Buna görə isə İlham Quliyev ƏSMM-in Daxili Nəzarət İdarəsi rəisinə “minnətdar” olub. Bunu şikayətçilər iddia edir və bildirilər ki, İlham Quliyev də bunu heç kimdən gizlətmir.

Amma məsələ ondadır ki, ƏSMM-in Daxili Nəzarət İdarəsi rəisinin dəstəyi ilə vəzifəsinə qayıdan İlham Quliyev Məşğulluq Mərkəzində yenədə köhnə “ab hava” yaradıb. Yəni al gülüm-ver gülüm” ab-havası...

Saytımıza daxil olan şikayətə görə görə hansısa səbəblərdən işdən çıxarılanlar rayon işsiz dövrlərində dövlətdən əmək haqqlarının altı ayını almaq üçün Məşğulluq Məkəzində qeydiyyata duranda mütləq şəkildə İlham Quliyevin “şərtləri” ilə razılaşmalıdır. Belə ki, əmək haqqının altı ayını alma istəyənlərin iki aylığı mütləq şəkildə İlham Quliyevə verilməlidir. Əks təqdirdə həmin adamın işsiz olaraq qeydiyyatdan keçməsi heç cür mümkün olmur. Hətta sənədlər hamısı qanunauyğun olsa belə...

Bundan başqa Beyləqan Məşğulluq Mərkəzinin direktoru işsiz vətəndaşları məşğulluqla təmin etmək üçün dövlət tərəfindən verilən mal-qara verilməsin də korrpsiyaya yol verir. Bu korrupsiya əməllərindən biri ondan ibarətdir ki, İlham müəllimə “hörmət” edən vətəndaşa daha yaxşı, sağlam, cavan heyvan verilir. “Hörmət” etməyənlərə isə qoca və xəstə heyvanlar verilir. Şikayətçilər bildirir ki, bunu yoxlamaq elə də çətin deyil.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Şərh yazın.

loading...