Bazar ertəsi, 23 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fuat Oktay: "Azərbaycan Türkiyədən hərbi dəstək istəyərsə, tərəddüdsüz bu dəstək veriləcək"

Azərbaycan dövləti haqlı mövqedədir, öz torpaqlarını müdafiə edir, Ermənistana dövlət də demək istəmirəm, tam bir işğalçıdır. Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarını tərk etməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay "CNN Türk"ə müsahibəsində belə bildirib.

1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonrakı AzərbaycanErmənistanı bugünkü vəziyyətləri ilə müqayisə edən F.Oktay deyib ki, hazırda Azərbaycan o dövrə baxdıqda nə qədər inkişaf edibsə, Ermənistan bir o qədər geridə qalıb: "İşğalçılıq xisləti Ermənistanı inkişafdan geri qoyub. Bundan öncəki Ermənistan rəhbəri deyib ki, Dağlıq Qarbağı almaqla biz torpaqlarımızı genişləndirdik, Türkiyə tərəfinin Ağrı dağını alması isə gələcək nəsillərə qalıb. Bu düşüncədə bir dövlət siyasəti olarmı? Əli silahsız, günahsız mülki əhaliyə hücum edən bir terror dövlətin qarşısında, sadəcə, öz torpaqlarında yerləşən işğalçıların hərbi mövqelərinə qarşılıq verən bir dövlət var. Həm də Ermənistan dünyada elə bir təsəvvür yaratmaq istəyir ki, sanki məzlum durumda olan odur. Atəşkəs istəyir və atəşkəsi də özü pozur. Üstəlik də Ermənistana terror təşkilatları yardım edir. Bu qədər ədalətsizliyin cavabı, əlbəttə ki, savaş meydanında da verilir, Allah qatında da".

Fuat Oktay deyib ki, Azərbaycan Türkiyədən hərbi dəstək istəyərsə, tərəddüdsüz bu dəstək veriləcək: "Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycan dəstək istəyərsə, əlbəttə, Türkiyə dəstək verəcək. Azərbaycanla mütəmadi əlaqələrimiz var və əvvəlcədən də cənab Prezidentimiz cənab İlham Əliyevə hər cür yardım etməyə hazır olduğumuzu deyib. Onsuz da Azərbaycanla Türkiyə arasında hərbi saziş var".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rusiya Stepanakert-Bakı dəmir yolunu açmaq istəyir - video və fotolar, bir də suallar...

Jirinovski ermənilərin “naxlebnik” deputatları, Qarabağ müharibəsi və ruslar haqda

Həyat yoldaşına görə öpüşməkdən imtina edən, qardaşı arvadının cehizini oğurlayan xalq artisti

Şuşa meşəsində 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı

FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı...

Bu insanlar koronavirusa yoluxmur, çünki... - Professor açıqladı 

Qənirə Paşayeva 2 xalq artistinin nəvəsi olan qəhrəman şəhidimizdən yazdı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

loading...

Ən çox oxunanalar