Cümə axşamı, 04 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fuad Muradov: “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır” - Video

“Yüksəliş” müsabiqəsi işinə başlayan gündən sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturların etimadını qazandı...

Bir çox qurumların mötəbər adamları, rəhbərləri bu layihə ətrafında birləşərək, ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımlar atdılar.

Bununla da “Yüksəliş” müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərləri (https://yukselish.az/mentors.html) bir heyətdə toplamağı bacardı. Onlar peşəkar rəylərini, tövsiyələrini hər fürsətdə dilə gətirir, təcrübələrini bölüşürlər.

Bu dəfə idarəçilikdə peşəkarlığın təməl şərtlərini səciyyələndirən meyarlarla bağlı sualları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cavablandırıb.

- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçi dövlətini sevən və müstəqil dövlətinin təbliğatçısı olan şəxsdir. Bir rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır. Uğurlu idarəçi kollektivlə işləməyi, rahat bir iş mühiti yaratmağı bacarmalıdır.

Uğurlu idarəçinin mühüm cəhətlərindən biri odur ki, o, ən çətin dövrlərdə, yüksək nəticə əldə olunmadığı bir məqamda belə, işçinin arxasında dura bilsin, onları dinləyə bilsin. Uğurlu idarəçi yüksək biliyə sahib olmalı, hər bir işçiyə gördüyü işin nəyə xidmət etdiyini anlada bilməlidir.

O, müzakirə və tənqidlərə açıq, dəqiq, aydın düşüncəyə malik olmalıdır. Uğurlu idarəçi liderlik qabiliyyətinə sahib olmalı, biliyini paylaşmaqdan çəkinməməlidir. Həmçinin, idarə etdiyi sahənin keçmişindən dərs çıxararaq, bu günü və gələcəyi, riskləri və böhranları düzgün idarə etməlidir.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz? (kitablar və ya vərdişlər)

- İdarəçi olmaq istəyən şəxslər dövlətə və dövlətçiliyə sədaqətli olmalı, Azərbaycanın maraqlarını müdafiə etməlidir. Bunun davamında isə bildirmək istərdim ki, özünüzü daim komandanızın bir üzvü hesab edin, işçilərə təlimat deyil, işə yarayacaq fikirlər verin.

İşçilərin iş vaxtı da özlərinə zaman ayırmalarına şərait yaradın. İnsanlara karyerasında irəliləyən zaman mane olmayın, əksinə, meydan verin. Hər gün yeni şeylər öyrənin, yeni dünya ilə ayaqlaşın, sosial aktivliklərdən qaçmayın, kitablarla və gündəlik informasiyalarla dost olun. İşinizi sevin, dəyişməkdən qorxmayın, inkişaf edin və hər zaman yaxşı nümunə olmağa çalışın.

- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- Müasir idarəçilik tamamilə yeni anlayışdır. “Yüksəliş” müsabiqəsinin bu sistemə uyğun insanların seçilməsində və dövlət idarəçiliyində öz layiqli yerlərini tutmasında əvəzsiz rol oynayacağına inanıram, həmçinin, xaricdə təhsil alan, müəyyən təcrübəsi olan şəxslərimizin də müsabiqədə iştirak etməklə dövlətimizə böyük faydalar verəcəyi şübhəsizdir.

İnanıram ki, strateji düşünən, gələcəyi görən gənclərimiz məhz “Yüksəliş” müsabiqəsi nəticəsində öz bilik və bacarığını tətbiq etmək imkanı qazanacaqlar. Müsabiqə həm də xaricdə yaşayan azərbaycanlı gənclərin öz vətəninə böyük faydalar verməsinə imkan yaradacaq, onlar da kadr ehtiyatı bankında öz layiqli yerlərini tutacaqlar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Fuad Muradov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” – Səfir danışdı

İki ay ərzində küçəyə çıxma qadağası təklif edildi - Rəsmi

Deputat: "Həftəsonu çölə çıxma qadağasının tətbiqi nəticə verəcək"

Etibar Məmmədov: "Pənah Hüseynə bildirmişəm ki, bunun nəticəsi sizin üçün pis olacaq"

Cavid Qurbanovun oğlunun biznesi - Siyahıda "KFC"-dən başqa nələr var?

Ali Məclisin sədrinin oğlu daha iki şirkət təsis etdi

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Sabiq deputatın şirkəti Moskvada 1.5 milyarda yarımçıq bina alır

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - Video

loading...

Ən çox oxunanalar