Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Əliyevdən iki nazirə çətin sual: "26 min vakant iş yerlərin siyahısını təqdim edin"

26 min vakant iş yerlərin siyahısını təqdim edin, internetdə yerləşdirin. Bizdə görək niyə cəmaat təklif olunan iş yrlərindən imtina edir”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi rəhbərliyinin “Bizim 26 mindən artıq vakant iş yerimiz var. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər” fikirlərini şərh edərkən deyib.

“26 min vakant iş yerlərin siyahısını təqdim edin, internetdə yerləşdirin. Biz də görək niyə cəmaat təklif olunan iş yrlərindən imtina edir. İmtina etmələrin bir səbəbi ola bilər ki, təklif olunan vakant iş yerlərində 190 manatdan aşağı maaş təklif olunur” - ALDP sədri bildirb.

Daha sonra Fuad Əliyev 190 manatın verilməməsi üçün bir mexanizm icad etdiklərini qeyd edir:

“Bunlar indi sərt karantin rejimini iki həftə tətbiq edəndən sonra onu ləğv edirlər. Və deyirlər ki, iki həftəyə görə niyə 190 manat verək. Sonra bir on gün keçir, yenidən sərt karantin rejimi elan edirlər. Özü də bütün respublikada yox, bir neçə şəhər və rayonlarda. Bununla da 190 manatı 600 minə yox, 150-200 min vətəndaşın alınması nəzərdə tutulur.”

Fuad Əliyev Maliyyə nazirin "Uşaq bağçalarında ərzağa qənaət etdik, elmi tədbirlər keçirmədik, 20 milyon büdcədə qaldı" dediyi fikirlərini də şərh etdi.
“Məlum məsələdir ki, pandemiyaya görə məktəblər, uşaq baxçaları işləməyib və nəzərdə tutulan xərclər büdcədə qaldı. Çox yaxşı ki, bunu deyirsiz ki, qənaət edilib, bu 20 milyon “ciblərə” getməyib. Nazir sonra qeyd edir ki, büdcə gəlirləri azalıb. Azalacaq da. Ölkə üzrə minlərlə obyekt bağlıdır. Kiçik və orta biznes sahibləri vergi ödəyirdilər, az-çox büdcəyə pul gəlirdi. Operativ Qərargah yumuşalmaya qərar verdi, sms ləğv olundu. Bu bağlanan obyektlər mütləq açılmalıdır. 6 aydır ki, milyondan çox adam evdə oturub. Marketlər açıq, bazarlar işləyir. Niyə digər obyektlər bağlı olmalıdır. Toyların keçirilməsinə icazə vermirsiz, bunu başa düşdük. Bəs bu kafe və restoranlar niyə açılmır. Bu obyektlər də vergi ödəyirlər. Hələ də deyirsiz ki, payızda virusun yeni dalğası olacaq. Belə çıxır ki, bu millət qırılıb gedəcək? Kimsə virusdan öləcək, kimsə acından.(Baxar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar