Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fuad Abbasovun Azərbaycana nə dəxli var?” – Araz Əlizadədən sərt sözlər

Milli Məclisin deputatı Araz Əlizadə jurnalist Fuad Abbasovun Moskvada saxlanmasının səbəbləri və başqa məqamlar haqda "Yenicag.az"a danışıb

Həmin müsahibəni təqdim edirik:

– Fuad Abbasovun Moskvada saxlanmasını Rusiyanın Azərbaycana mesajı kimi qiymətləndirənlər də var…

– Mən indi sizdən soruşuram, Fuad Abbasovun Azərbaycana nə dəxli var?

– Bizim vətəndaşdır…

– Kim deyir sizə? O, Türkiyə vətəndaşıdır. Azərbaycanda ikili vətəndaşlıq yoxdur.

– Özünün də dəfələrlə dediyinə görə, Azərbaycan vətəndaşıdır. Həm də onun məhz Azərbaycana deport ediləcəyi bildirilir.

– O, Türkiyə vətəndaşıdır və buyursun, getsin Türkiyəyə. Azərbaycana niyə gəlir? Özü televiziya ilə çıxış edəndə, neçə dəfə bildirib ki, mən Türkiyə vətəndaşıyam, mənim sultanım vardı, güclü dövlətimiz vardı, o sultanın qərarlarını qəbul edirəm… Mən o verilişlərə baxmışam. Siz nə istəyirsiz deyin, ancaq mən də deyirəm ki, o, bir dəfə də Azərbaycanın mövqeyindən çıxış etməyib. O, son zamanlar nədənsə, birdən-birə oldu azərbaycanlı, yadına düşdü ki, onun vətəni də var.

– Fuad Abbasov son müsahibəsində mayın 28-də Azərbaycana deport ediləcəyini deyib. Azərbaycan vətəndaşı olmasaydı, niyə bura göndərilsin ki?

– Yəqin ki bu, Poladın (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu – red.) xidmətidir. Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu… Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi… Olmazdı ki, Türkiyə vətəndaşı Fuad Abbasova verilən pulları versinlər bizim rusdilli politoloqlara və o verilişlərə göndərsinlər?

– Rusdilli politoloqlarımız az deyil…

Rusiyalı deputatlar Milli Məclisdə olanda mən Kalaşnikovdan soruşdum ki, niyə sizin tok-şoularda azərbaycanlı politoloqlar yoxdur? O da cavab verdi ki, səfiriniz bizə rəsmi cavabında rusdilli Azərbaycan politoloqlarının olmadığını bildirib.

– Maraqlı məqamdır. Ancaq əvvəlki suala qayıdıram. Belə fikirlər var ki, Rusiya bu addımla Azərbaycandan hansısa siyasi qərarın verilməsini gözləyir…

– Yox, nə siyasi qərar… Fuad Abbasov o qədər böyük fiqur deyil ki, Azərbaycan ona görə nə isə etsin.

– Yaxşı, belə deyək, onun nümunəsində…

– O heç nümunə də ola bilməz. Çox savadsız uşaqdır. Bir dəfə Norkinin “Mesto vstreçi” tok-şousuna çıxmışdı. Həmin verilişdə Amerikanın “Stinger” raketlərini qadın alt paltarının adı ilə qarışdırdı. Bunu da bir neçə neçə dəfə təkrarladı. Bu da onun savadı…

pia.az


Etiket: Araz Əlizadə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar