Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

FTX Rusiyada İŞİD-in hazırladığı böyük teraktın qarşısını aldı - Video

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terrorçuların partlayıcı qurğular hazırlanan laboratoriyasını aşkara çıxarıb

Bu barədə TASS FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzinə istinadən məlumat yayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində terrorçuların vətəndaşların sıx olduğu ərazilərdə partlayış törətmək planları hazırladığı müəyyən edilib.

Xüsusi təyinatlı qüvvələrin əməliyyatı zamanı İŞİD-çilərdən biri müqavimət göstərsə də, dərhal zərərsizləşdirilib.

Əməliyyat zamanı FTX əməkdaşlarından və vətəndaşlardan xəsarət alan olmayıb.

Bundan əlavə, əməliyyatın keçirildiyi ərazidə odlu silahlar, döyüş ləvazimatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)

pia.az

Etiket: Terakt

Şərh yazın.

loading...