Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB azərbaycanlı biznesmenə görə ABŞ deputatının evinə basqın edib

Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosu (FTB - FBI - Federal Bureau of Investigation) azərbaycanlı və bir neçə amerikalı iş adamı ilə bağlı geniş miqyaslı federal təhqiqat çərçivəsində deputat Henri Kuelyarın Texasdakı evinə və kompaniya ofisinə basqın edib.

Yeniavaz.com “abcnews”a istinadən xəbər verir ki, Kuelyarın Texas ştatının Laredo şəhərindəki evində axtarışlardan sonra onun köməkçisi açıqlama verib və konqresmenin istənilən istintaqda hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edəcəyini söyləyib.

Bildirilir ki, ABŞ-Meksika sərhədi boyunca Texasın 28-ci Konqres Dairəsini təmsil edən Kuelyar 2005-ci ildən Konqresdədir. O, son illərdə Konqresin Azərbaycan Qrupunun həmsədri vəzifəsində çalışıb və dəfələrlə Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın səfiri Elin Süleymanov ilə görüşüb.

Qeyd edək ki, iş adamlarının kimliyi və onlarla bağlı aparılan təhqiqatın detalları hələ açıqlanmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar