Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransız mediası: “Fransa həmsədr rolundan imtina etsə yaxşıdır...”

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı təsirlərini saxlamaq baxımından ciddi problemlə üzləşib, xüsusən də Fransadakı çoxsaylı erməni diasporunu və Azərbaycanın onu qərəzli olmaqda günahlandırdığını nəzərə alanda.

PİA.az xəbər verir ki, bu haqda “Frans Press” agentliyinin məqaləsində bildirilir.

“Bir sıra analitiklər təxmin edirlər ki, əgər Fransa xüsusən Azərbaycan və onun müttəfiqi Türkiyə ilə mürəkkəb münasibətlərini nəzərə almaqla öz rolundan, yəni Minsk Qrupunun həmsədri statusundan imtina etsə daha faydalı olardı”,-agentlik yazır.

Xatırladılır ki, Qarabağda müharibə başlayandan bəri Fransa prezidenti Emmanuel Makron tərəflərdən birini müdafiə edib, Azərbaycanı açıq tənqid edib və onun müttəfiqi Türkiyəni “regiona cihadçıları gətirməkdə” günahlandırıb. Habelə münaqişənin həllinin Rusiya və Tükiyənin ixtiyarına buraxılmasını yolverilməz adlandırıb, problemi Minsk Qrupunun həll etməli olduğunu deyib.

Yerevan hərbi məğlubiyyətə uğrayanda və baş nazir Paşinyan Rusiya prezidenti Putinin nəzarəti altında təslim olmaq sənədini imzalayanda Fransa neqativ reaksiya ilə qarşılaşdı. Hərçənd Fransa münaqişədə neytrallığı saxladığına inandırmağa çalışır, amma getdikcə belə təkliflər çoxalır ki, Paris Minsk Qrupundakı mövqeyindən imtina etməlidir. Bu isə Fransa üçün çox mənfi təkliflərdir, çünki ölkə özünün beynəlxalq nüfuzunu möhkəmləndirmək istəyir.

“Situasiyaya Fransa parlamentinin Makronun sağçı opponentlərinin nəzarətində olan yuxarı palatasının noyabrın 25-də qəbul etdiyi, Dağlıq Qarabağın tanınmasını nəzərdə tutan, sırf simvolik qərarı da kömək etmədi. Hansı ki, bu addımı heç Yerevan özü atmayıb”,-agentlik qeyd edir.

“Fransa özünün həmsədr olundan başqa Avropa ölkəsinin və ya bütün Avropa İttifaqının mövqeyinin xeyrinə olaraq imtina etmək barədə düşünməlidir. O, həmin mövqeni 23 ildir ki, tutur və Almaniya, İsveç kimi Azərbaycanla, Ermənistanla daha balanslaşdırılmış münasibətlərə malik olan ölkələr yəqin daha çox iş görə bilərdi”,-Qarabağ münaqişəsi üzrə beynəlxalq ekspert Tomas de Vaal agentliyə açıqlamasında deyib.

“Minsk Qrupu yarandığı formada artıq ölüdür. Bu kiminsə xoşuna gəlir, ya yox, amma Vladimir Putin ustalıqla oynadı. Və türklər də qapıya qol vurdu”,-bunu isə Fransanın beynəlxalq və strateji münasibətlər İnstitutunun (IRIS) direktor müavini Didye Billion vurğulayıb. 

Onun sözlərinə görə, Fransa Ermənistanın tərəfini tutmaqla “oyundan kənar” aldı, hərçənd onun həmsədr statusu ölkənin neytral qalmasını nəzərdə tuturdu.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar