Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransız mallarına, Azərbaycanda fəaliyyət göstərən bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir”

“Gözlənilən prosesə start verildi. #Fransa senatı Fransa hökumətini qondarma "Dağlıq Qarabağ"ı tanımağa çağıran məsləhət xarakterli qətnaməni qəbul etdi. Ardınca Fransa Xarici İşlər Nazirliyi senatın qərarına münasibətini bildirib və qeyd edib ki, Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir. Hesab edirəm ki, Azərbaycan olaraq böyük təxribatların başlanğıcındayıq və bu, hələ prosesin əvvəlidir”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, döyüş meydanında məğlub olan düşmən öz himayədarları vasitəsilə var-gücü ilə qətnamələrə girişəcək: “Ona görə başlanğıcdan buna bütün müstəvilərdə sərt reaksiya verməliyik. Hakimiyyət, müxalifət, QHT-lər, ayrı-ayrı fərdlər etirazlarını bildirməlidirlər. Fransa səfirliyinin önündə etirazımızı bildirməliyik. Fransız mallarına, Azərbaycanda fəaliyyət göstərən bütün fransız şirkətlərinə qarşı sərt tədbirlər görülməlidir. Biz bu məsələdə birlikdə etiraz etməsək əminəm ki, bu proses qar topası kimi böyüyə-böyüyə gedəcək və bizə gələcəkdə ciddi problemlər yaşadacaq. Biz bu sərt reaksiyamızla gələcəkdə Fransa kimi qərəzli addım atmaq barədə düşünən dövlətlərə də ciddi mesaj vermiş olacayıq”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar