Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransaya anqlo-sakson zərbəsi - “Əsrin Xəyanəti” hansı nəticələri doğuracaq?..

Son 10 ildə ABŞ-dan ayrılmaq ərəfəsində olan, lakin daim ziddiyyət içində olan Avropa üçün bir fürsət yaranır…

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 20 sentyabr 2021-ci il

ABŞ-ın başçılıq etdiyi Atlantik cəbhəsinin son 10 il ərzində parçalanma prosesində olması, lakin Çinin başçılıq etdiyi Asiya cəbhəsinin yüksək bir mədəniyyətə çevrilməsi bütün dünyanın qəbul etdiyi bir həqiqətdir. Ötən həftə baş verən iki hadisə də bunu bir daha sübut etdi.

Birincisi, ABŞ prezidenti Co Bayden, İngiltərə baş naziri Boris Conson və Avstraliyanın baş naziri Skot Morrisonun keçirdiyi onlayn mətbuat konfransında ABŞ və İngiltərənin nüvə enerjisi ilə işləyən sualtı texnologiyasını inkişaf etdirmək məqsədilə “AUKUS” adlı yeni bir təhlükəsizlik əməkdaşlıq paktı qurulub. Beləliklə, 2016-cı ildə Avstraliya və Fransa tərəfindən imzalanan və 90 milyard Avstraliya dolları (66 milyard ABŞ dolları) məbləğində 12 ənənəvi dizel elektrikli sualtı qayığın inşasını nəzərdə tutan müqavilə ləğv edilib.

İkincisi, İran prezidenti İbrahim Rəisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 21-ci Prezidentlər Zirvə toplantısında İranın ŞƏT-in tamhüquqlu üzvü olduğunu qəbul etdiyini açıqlayıb və: “Dünya yeni bir dövrə qədəm qoydu. Hegemoniya və tək tərəflilik yox olur. Beynəlxalq sistemdəki güc müstəqil dövlətlərin xeyrinə dəyişir”, deyə əlavə edib.

Anqlo-sakson və Qitə Avropa

“Anqlo-sakson” termini bu gün ingilis dilli və Qərb dünyası ilə güclü tarixi-etnik əlaqələri olan İngiltərə, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiyanı əhatə edir. Qitə Avropası ölkələrinə isə Fransa, Almaniya, İtaliya, İspaniya və Portuqaliya daxildir.

Anqlo-saksonlar “AUKUS” Paktı müqaviləsi ilə Avstraliyanın Fransadan sualtı gəmi almasını ləğv edərək Qitə Avropasının qabaqcıl ölkələrindən olan Fransaya “xəyanət ediblər”. Fransa ilə Avstraliya arasında dəniz əməkdaşlığı müqaviləsi 2016-cı ildə imzalanarkən “Əsrin Müqaviləsi” sayılırdı. Lakin bu gün o, Fransa üçün “Əsrin Xəyanəti”nə çevrildi. Bir sözlə, fransız siyasətçilər öz iqtidarı və müxalifəti ilə birlikdə bu vəziyyəti ABŞ-ın Fransaya xəyanəti kimi qiymətləndirirlər. Fransa rəhbərliyi dərhal Avstraliya və ABŞ-dakı səfirlərini geri çəkib və bu addımların cavabsız qalmayacağını bildirib.

Çini bir nömrəli düşmən elan edən ABŞ Çinə qarşı başladığı Səlib yürüşündə Avropanı öz tərəfinə çəkmək üçün çox çalışdı və NATO-nun sonuncu zirvə toplantısında bu məsələni gündəmə gətirdi. Lakin Fransa və Almaniyanın müqaviməti ilə üzləşdi. Qitə Avropasının bu iki önəmli ölkəsi Çinə qarşı daha balanslı bir mövqedən çıxış edir.

ABŞ Çinin güclənməsi və Asiyanın yüksəlişi qarşısında tələskən davranırdı. Ən yaxın müttəfiqi AB-dən çıxan İngiltərə (BREXIT) ilə birlikdə Avstraliyanı da yanlarına çəkərək Hind-Sakit okean bölgəsində Çinə qarşı strateji bir ittifaq qurublar. Bu çıxışla ABŞ təkcə Fransa ilə deyil, həm də AB ilə körpüləri yandırıb.

Qitə Avropası üçün yeni bir fürsət

Avropada ABŞ-a ən yaxın olan Fransa ABŞ tərəfindən alçaldılıb və böyük bir iqtisadi zərbə alıb. Parisdən verilən açıqlamalarda AB-nin Hind-Sakit okean bölgəsi də daxil olmaqla, bütün dünyada maraqlarını və dəyərlərini müdafiə etmək üçün Makronun uzun müddətdir dilə gətirdiyi kimi, AB-nin ABŞ texnologiyasına və ordusuna güvənməyib, “strateji muxtariyyəti” yaratmasının önəmi vurğulanır. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Cosep Borrel də Parisin bu açıqlamalarına haqq qazandırır.

Fransa Xarici İşlər naziri Le Drian Dənizaltı Müqaviləsi böhranının NATO-nun yeni strategiya konsepsiyasına təsir göstərəcəyini, Milli Birlik Partiyasının lideri Marin Le Pen və “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Luk Melenşon isə ABŞ-ı günahlandıraraq Fransanın bunun qarşılığında NATO-dan çıxmalı olduğunu iddia edir.

Avropanın ABŞ-dan ayrılmaq fürsəti

Bu vəziyyət son 10 ildə ABŞ-dan ayrılmaq ərəfəsində olan, lakin daim ziddiyyət içində olan Avropa üçün bir fürsət olacaq. AB-nin dövrü sədrliyini alacaq olan Fransa Avropa Ordusu ilə bağlı daha bir addım atacaq. AB Komissiyasının sədri Ursula fon der Leyen bu gündən etibarən Makron ilə “AB Müdafiə Birliyi” mövzusunda bir zirvə təşkil edəcəklərini açıqlayıb. Deyə bilərik ki, bu son proseslər NATO-nun ciddi şəkildə sorğulanmasına səbəb olacaq, Avropa Aİ-dən uzaqlaşaraq çoxqütblü dünyanın bir hissəsinə çevriləcək və Atlantik cəbhəsinin parçalanması sürətlənəcək.

Digər tərəfdən, İranın ŞƏT-ə üzv olması və Türkiyənin bu istiqamətdə ən qısa zamanda addım atması Asiya cəbhəsini daha da gücləndirəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar