Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fransalı qadın lotereyada cekpot udub -  2 milyon avro 

Fransanın Byufer kommunasının (Vendeya departamenti) qadın sakini “Loto” lotereyasında 2 milyon avro udub...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

Məlumata görə, söhbət fevralın 15-də baş tutan lotereyadan gedir. Xoşbəxt biletin “Chez Toto” tütün köşkündən alındığı bilinir.

Qalibin sözlərinə görə, o, cekpot udduğu lotereyanı iki qızı ilə birgə izləyib.

O bildirib ki, televiziyadan verilişi izləyən zaman ailə üzvləri uğura ümid edərək bileti əllərindən buraxmayıblar.

“Bu, göylərin bizim üçün hədiyyəsi idi”, - Byufer kommunasının sakini söyləyib. Qalib qazandığı pulla evini təmir etdirmək və digər daşınmaz əmlak almaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, “Loto” tarixindəki ən böyük cekpot 2011-ci ildə Val Duaz departamentinin sakini tərəfindən udulan 24 milyon avroluq mükafatdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: cekpot


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı - Video

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Bakıya qaçış: 50 manata baqajda postu keçdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - Yenilənib, Video, Fotolar

Azərbaycanda qorxunc hadisə: Gözəgörünməz varlıq fermanı bir-birinə qatdı - Video

Bakıda qumrular kütləvi şəkildə ölür: Virus, yoxsa zəhərlənmə? - Foto

loading...

Ən çox oxunanalar