Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada “sarı jiletlilər”in 28-ci nümayişi keçirilir

Fransada “sarı jiletlilər”in növbəti, sayca 28-ci ümummilli etirazları başlayıb

Bu barədə “France Info” radiostansiyası məlumat verib.

Məlumata görə, Parisdə yüzlərlə nümayişçi Per Laşez milli qəbiristanlığının yaxınlığında toplaşıb və Bastilya meydanından keçməklə Monmartredəki Sakre-Kyor bazilikasına doğru hərəkət edib. Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları 5 mindən çox yoxlama həyata keçirib və 64 nəfəri saxlayıblar. Bu ana qədər polislə qarşıdurmalar barədə məlumat daxil olmayıb.

Etirazlar həmçinin Fransa prezidenti Emmanuel Makronun anadan olduğu Amyen şəhərində də başlayıb. Yerli KİV-in məlumatına görə, orada, təxminən, 300 “sarı jiletli” küçəyə çıxıb.

Qeyd edək ki, Fransada “sarı jiletlilər”in şənbə nümayişləri 2018-ci il noyabrın 17-dən başlayıb. Əvvəlcə aksiyalar avtomobil yanacağına olan tariflərin yüksək olması ilə bağlı idi. Məhz elə buna görə də aksiya iştirakçıları avtomobilçilərin işıq saşan sarı jiletlərindən istifadə edib. O vaxtdan bəri etirazçılar tələblərini genişləndirərək yalnız sosial-iqtisadi məsələləri deyil, həm də siyasi məsələləri əhatə etməyə başlayıblar.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar