Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada pandemiya qurbanlarının sayı 29,6 mini ötdü

Fransa xəstəxanalarında son bir gündə daha iyirmi üç nəfər koronavirusdan ölüb, bununla da pandemiya qurbanlarının ümumi sayı 29,6 min nəfəri ötüb...

"Report" RİA "Novosti"yə istinadın xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Fransada epidemiyanın başlanğıcından 29 663 insan ölüb, onlardan 19 206-sı xəstəxanalarda vəfat edib”, - rəsmi məlumatda deyilir.

Sosial və tibbi-sosial müəssisələrdə ölənlər barədə məlumatlar iyunun 23-də yenilənəcək.

Qeyd edilir ki, hazırda ölkə xəstəxanalarında 9 693 insan müalicə edilir. Son gün ərzində virusa yoluxmuş daha 142 pasiyent xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində 701 insan müalicə edilir. Son 24 saatda daha 16 xəstə reanimasiya şöbələrinə yerləşdirilib.

Epidemiyanın başlanğıcından Fransada demək olar ki, 104 min insan xəstəxanalara yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyada müalicə edilib. Ölkədə koronavirusdan 74,6 min insan sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az


Etiket: Fransa COVİD-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar