Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fransada mer sakinlərə həftəsonu və tətillərdə evdə ölməyi qadağan edib

Fransanın Loire bölgəsindəki Qrell şəhərinin meri İzabell Dujel, sakinlərə həftə sonları və tətil günlərində evdə ölmələrini qadağan edən sərəncam imzalayıb...

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sərəncam cəmiyyətdə həkim çatışmazlığına diqqəti cəlb etmək üçün imzalanıb.

Dujel problemin həddindən artıq mütəxəssis çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb. O, qeyd edib ki, mövcud problem qısa müddət ərzində həll olunmalıdır.

“CNews” telekanalı qeyd edir ki, mer keçən bazar günü kommuna sakinlərindən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.

Belə ki, ölümün səbəbini təyin etmək üçün müraciət edilən həkim növbədə olub, təcili yardım briqadası isə mütəxəssis çatışmazlığından əziyyət çəkən digər kommunaya aid olub. Axtarışlardan sonra lazım olan həkimi qonşu rayondan tapmaq mümkün olub.

Mer eyni vəziyyətin təkrarlanmaması və problemə diqqət çəkmək üçün müvafiq sərəncam qəbul edib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Fransa


loading...

Ən çox oxunanalar