Son bir gün ərzində Fransada daha 306 nəfər koronavirusdan ölüb...
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"Martın 1-dən biz COVID-19-la bağlı 25 201 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir.
Qeyd edilir ki, 15 826 insan xəstəxanalarda, 9 375 nəfər qocalar evlərində ölüb.
pia.az