Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar

Fransada təqaüd islahatına qarşı kütləvi tətilin iştirakçıları səkkiz neftayırma müəssisədən yeddisini mühasirəyə alıblar...

“Report” “Europe1”a istinadən xəbər verir ki, bu barədə ölkənin həmkarlar federasiyasının baş katibi Emanuel Lepin məlumat verib.

O, həmin müəssisələrin "Esso" və TOTAL şirkətlərinə məxsus olduğunu qeyd edib.

Hazırda yalnız Yuxarı Normandiyanın Notr Damme de Qravenşon qəsəbəsindəki “Esso” şirkətinin neftayırma müəssisəsinin mühasirəyə alınmadığını dilə gətirən E.Lepin çərşənbə günü baş nazir Eduard Filip tərəfindən keçiriləcək dəyərləndirmələrin nəticəsinə görə müəssisələrin fəaliyyətini dayandıracaqlarının istisna olmadığını diqqətə çatdırıb.

Luar-Atlantik departamentində TOTAL-a məxsus neftayırma müəssisəsinin də hökumətin nəzərdə tutuduğu təqaüd islahatına qarşı etiraz edərək 24 saatlıq tətilə başladığını qeyd edən E.Lepin hazırda boru kəmərləri, gəmilər, dəmir yolu və avtomobillər vasitəsilə neft məhsulları nəqlinin dayandığını, müəssisədən bir damcı belə yanacağın kənara çıxarılmadığını, müəssisələrin təhlükəsizliyini təmin etmək istisna olmaqla heç bir fəaliyyətin aparılmadığını vurğulayıb.

“Esso” şirkətinin sözçüsü Fos şəhərindəki neftayırma müəssisəsinə məhsul nəqlinin dayandırılması ilə çox məhdud zərbə vurulduğunu qeyd edib.

Ötən gecə Var departamentində 60-dək şəxsin Puje-sur-Arjen şəhərindəki neft anbarını mühasirəyə almağa cəhd göstərdikləri, lakin jandarma tərəfindən dağıdıldıqları da bildirilir.

pia.az


Etiket: Fransa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar