Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Fransada etirazçılar elektrik stansiyasını dayandırıblar

Fransanın cənub-şərqindəki İser Departamentində yerləşən ölkənin ən güclü "Grand'Maison" elektrik stansiyası hökumətin irəli sürdüyü təqaüd islahatı əleyhdarları tərəfindən ötən gün axşam dayandırılıb...

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, belə bir addım CGT həmkarlar ittifaqının təşəbbüsü ilə atılıb. Həmin stansiyanın layihə gücü 1800 mVt təşkil edir ki, bu da “Électricité de France” dövlət şirkətinin tabeliyində olan elektrik stansiyalarının məcmu gücünün 9 faizini təşkil edir.

Xatırladaq ki, Fransa hökumətinin irəli sürdüyü təqaüd islahatı layihəsinə qarşı ötən ilin sonundan ümumi müddətsiz tətil keçirilir. Həmin islahat nəqliyyat işçiləri və bir sıra başqa qrupların təqaüdə çıxarkən müəyyən imtiyazlar və xüsusi rejimdən məhrum olunmasını nəzərdə tutur. Layihə fevral ayında parlamentin müzakirəsinə çıxarılmalıdır.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Fransa


loading...

Ən çox oxunanalar