Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada etiraz aksiyalarında 62 polis xəsarət alıb

Fransada şənbə günü (28 noyabr – Red) “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda hüquq-mühafizə orqanlarının 60-dan çox əməkdaşı xəsarət alıb.

PİA.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxt Parisdə 29, digər şəhərlərdə isə 39 polis əməkdaşı xəsarət alıb. Eyni zamanda, iki etirazçı Baş Polis Müfəttişliyinə polis zorakılığı ilə bağlı müraciət edib.

Bundan başqa, polis əməkdaşları etiraz aksiyalarında iştirak edən 80 şəxsi saxlayıb.

Qeyd edək ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

pia.az


Etiket: Fransa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar