Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada dövlət böhranı: Prezident Makronu siyasi ölüm gözləyir?

Nezavisimaya gazeta, 05.08.2018

Prezident Emmanuel Makronun Mavi sahildə məzuniyyət keçirdiyi bir vaxtda Parisdə onun artıq keçmiş müşaviri və təhlükəsizlik xidmətinin rəisi Aleksandr Benallanın işinin təhqiqatı tam gücüylə gedir. Mərakeşli mühacirlərin 26 yaşlı oğlunun ayağına nümayiş iştirakçılarına qarşı zor işlətmək, vəzifə səlahiyyətlərini aşmaq, qanunsuz silah gəzdirmək və hətta prezidentlə romantik münasibət yazılır.

Yelisey sarayını zərbə altında qoymuş “Benallanın işi” Makronun prezidentliyi dövründə ən kəskin və əhatəli dövlət böhranı doğurub. Onun seçicilər arasında populyarlığı göz qabağında əriyir. Prezident iyulun son günlərində reytinqin düşməsi üzrə antirekord müəyyən edib. İctimai rəyin öyrənilməsi İnstitutunun sorğu məlumatları xəbər verir ki, fransızların cəmi 39%-i onun fəaliyyətindən məmnundur. Və “Figaro”nun yazdığı kimi, başqa araşdırmalara əsasən, Makronun dəstəyi daha aşağıdır – 32%.

Benalla ilə bağlı patronun ört-basdır etdiyi qalmaqal Makronun və hökumətinin apardığı islahatlarla bağlı yetişən narazılıq kasasını daşırıb. Deməli, Fransada ümumi məbləği 1,3 milyon avronu keçən vətəndaşlardan alınan sərvət vergisi ləğv edilib. Bununla yanaşı, təqaüdçüləri vergi ödəməyə məcbur edib, tələbələri bir çox imtiyazlardan edib, hərbçilərin maliyyələşməsini isə azaldıblar.

Hakimiyyətin qanun və asayişə etinasızlıq edərək Makronun yaxın çevrəsinə daxil olduğuna görə Benallanı müdafiə etməyi müxalifəti və vətəndaşları hiddətləndirib. Cinayət-prosesual Məcəllənin 40-cı maddəsinə əsasən, məmurlar onlara məlum istənilən cinayət haqda prokurorluğa dərhal məlumat verməyə borcludurlar. Yelisey sarayı isə Benallanın iki həftəliyə vəzifədən uzaqlaşdırılması kimi inzibati tədbirlə kifayətlənib və hüquq-mühafizə qurumlarını məlumatlandırmamağı qət edib. Makron dərhal etməli olduğunu – üsulları və əlaqələri artıq çoxdan təşviş doğuran tabeliyindəki adamı işdən çlıxartmağı uzun süründürməçilikdən sonra yalnız iyulun 20-də edib.

Məsuliyyət sahəsində ciddi yanlışlıq icra hakimiyyətini onun gücü olmalı olan keyfiyyət baxımından zəif salıb: söhbət Makronun özünün vəd etdiyi “yeni dünya” praktikasından gedir. “Makron islahatların effektivliyinə təminat kimi şaquli sistem qurub. Bu gün bu, karikatura həddinə çatıb və ona qarşı dönüşür, – “Monde” yazır. – Prezident sadiq tərəfdarlarilə uzlaşmış halda hərəkət etməyi xoşlayır. Sədaqətin qalan hər şeydən uca durduğu sistem prezidenti böyük siyasi səhvə gətirib”. Makrondan “Benallaın işi” Fransanın nüfuzunu sarsıtmayıbmı?” soruşarkən qısa cavab verib: “Xeyr, respublika sarsılmazdır”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Aleksandr Benalla

Bununla belə, qalmaqalın nəticələri çox ciddi olacaq. Prokurorluq, milli polisin baş müfəttişliyi, habelə Milli Məclisdə və Senatda yaradılmış komissiyalar təhqiqata girişib. Hətta keçən çərşənbə parlamentin aşağı palatasında hökumətə etimad haqda qərar qətnaməsi səsə qoyulub. Amma Makronun “İrəli, respublika” partiyası orada çoxluğa malik olduğundan nazirlər kabineti duruş gətirib.

İndi Senatda açıq dinləmələr gözlənilir. Senatın qanunvericilik üzrə komissiyasının rəhbəri Filipp Banın bildirdiyi kimi, hakim partiyanın yuxarı palatada cəmi 22 mandatı, yəni 6%-i, halbuki “respublikaçılar”ın 42%-lik çoxluğu var. Onun fikrincə, “Benallanın işi” konstitusiya miqyası qazanır.

Bir yandan, onu artıq yeni Uotergeyt adlandırırlar – 1974-də ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olmuş hasiyə oxşar olaraq. Digər yandan, Fransa isteblişmentində anlayırlar ki, Makronun ifşası və istefası bütün elitaya çkox güclü zərbə olacaq və “Milli birlik” lideri Marin Le Penin qələbəsini yaxınlaşdıracaq.

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket: Təhlil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar