Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi kəskin tənqid olunur

“Sərhədsiz Reportyorlar” TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla  ittiham edildiyini bəyan edir. 

22 oktyabr tarixində TF 1 kanalında  «saat 20» verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatçı regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu «genosid törədənlərin fahişəsi» kimi qələmə veriblər. Eyni zamanda jurnalistin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib. 

Oktyabrın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər. 

«Sərhədsiz reportyorlar»ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq».

Belə ki, Facebook üzərindən yayımlanan reportaj haqqında «dezinformasiyaya bənzəyir» fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq : « Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər ». Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. 

TF 1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün, Liseron Budulun reportajını öz saytından silib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar