Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib

Təbrik məktubunda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.

Əmin ola bilərsiniz ki, Azərbaycan, Fransa və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini, xüsusilə Sizin və Birinci vitse-prezidentin, bildiyim qədər, yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam.

Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım.

Cənab Prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edir, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.(ONA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar