Cümə, 10 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fransa polisi keçmiş rektor Elşad Abdullayevlə bağlı təhqiqata başladı – Foto

Keçmiş rektor barədə təhqiqatlar başlayıb...

Fransada siyasi mühacir statusu almış Bakı Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN)) tərəfindən təhqiqat başlayıb. S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında dərc edilmiş materiallardan sonra açılıb.

Bu barədə xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev verib. (“Turan”)

Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, [email protected] ünvanına məlumat vermələrini xahiş edir.

Xatırladaq ki, Elşad Abdullayev Azərbaycan Baş Prokurorluğu tərəfindən insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. Azərbaycan Baş Prokurorluğunun məlumatında donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına qədərki dövrdən gedir.

Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Ziyalılar Mübariz Mənsimova görə İlham Əliyevə müraciət etdi - Siyahıda 138 ad var

"O, qarabağlılardan və bütün azərbaycanlılardan üzr istəməlidir" - İqbal Ağazadə  

Fonda 100 min manat ianə köçürən şəxs nazir müavinin oğlu imiş - Foto

Stalinə “qulaqlarını kəsərəm” deyən briqada komandirinin cəzası – 10 il sonra güllələnmə

Tramp yenə hədəfi yayındırır: Kazino kapitalizmi artıq bir işə yaramır...

Eldar Mahmudov komandası at oynadır: Karantini pozan Milli Məclis işçisinin gizlinləri

İsmayıllı meşəsindən tapılan skelet nələri açıqlayır? - Foto

“Pulsuz qalan olmayacaq, sadəcə,"ölü canlar"a əlavə pul ödənilə bilər” – Aslan İsmayılov

“Pulun yerinə kisəsi 26 manatdan hesablayıb gübrə verirlər” –Natiq Cəfərli

loading...

Ən çox oxunanalar