Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa mətbuatı Alban-Udi Xristian icmasından yazdı

Azərbaycan haqqında niyə danışmaq lazımdır? Fransanın “qapazaltı” mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində Ermənistanı təşviq edirdi. Amma reallığı bilmək lazımdır.

Dünyəvi, çoxmədəniyyətli, çoxkonfessiyalı Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Bu və sonrakı məqalələrimizdə Azərbaycanda yaşayan müxtəlif icmalardan bəhs edəcəyik. Bu dəfə Azərbaycandakı Alban-Udi Xristian dini icmasından danışacağıq. Müsahibimiz icmanın sədri Robert Mobilidir.

- Udilər kimlərdir?

- Hazırda Azərbaycanda udilərin sayı təxminən 10 min nəfərdir. Onların öz dili, dini, mədəniyyəti, adət-ənənələri var. Onlar haqda məlumatlara eramızdan əvvəl V əsrdə yaşamış yunan filosof Herodotun “Tarix” əsərində, yenə eramızdan əvvəl I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində, Qay Plini Sekundinin, Azinius Qudratenin və digər qədim müəlliflərin əsərlərində rast gəlinir. Ən yaxşı mənbə isə VIII əsrdə yaşamış Moises Kalankatlının “Qafqaz Albaniyasının tarixi” əsəridir.

Udilər Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Onlar əvvəllər qədim Qafqaz Albaniyasında yaşayıblar, indi isə Azərbaycanın QəbələOğuz rayonlarında məskunlaşıblar. Azərbaycan tarixən çoxsaylı qədim xalqların, etnik qrupların öz milli mənsubiyyətini, dini inancını, adət-ənənələrini qoruyub saxlayaraq yaşadığı məkan olub. Digər azlıqlar kimi, udilər də dövlətin yürütdüyü multikulturalizm siyasəti sayəsində zəngin tarixi keçmişini qoruyub, bir ailənin üzvləri kimi, azərbaycanlılarla bütün sahələrdə əlaqələr qurublar.

Fransız yazıçı Aleksandr Dümanın “Qafqaza səyahət” əsərində bildirilir ki, udilər Qafqazda yaşayan tayfaların nümayəndələridir, baxmayaraq ki, bu ləhcədə danışan qəbilələrin sayı az olub. Onlar çox maraqlı insanlardır. Başqa dillərə oxşamayan dildə danışırlar.

Bir millətin şəxsiyyətinin göstəricilərindən biri, əsrlər boyu yaratdığı maddi mədəniyyətdir. Udilərin geyim ənənələrini, mətbəxlərini, ən müxtəlif mərasimlərini, həyat tərzlərini qorunub saxlamaları onlara özünəməxsus millət kimi qalmasına imkan verib.

Udilər Azərbaycanda

Qafqaz Albaniyasının qədim paytaxtı olmuş Qəbələ rayonunun Nic kəndində yaradılmış Udi Xalq Mədəniyyət Mərkəzi udilərin qədim ənənələrinin inkişafı və qorunması ilə məşğuldur. Azərbaycanın xüsusiyyətlərindən biri olan tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyin olmaması udilər də daxil olmaqla, milli azlıqların, etnik qrupların öz mövcudluğunu qorumaları üçün əlverişli şərait yaradıb. Bu gün Azərbaycan dövləti udi icmasının fəaliyyətinə davamlı dəstək verir.

Udi folkloru çox rəngarəngdir. Müxtəlif oyunlar, əyləncə proqramları, lirik və qəhrəmanlıq mahnıları, rəqslər, əfsanələr və miflər gündəlik həyatla uzlaşır. Hətta xristianlığı qəbul etdikdən sonra belə, Qafqaz Albaniyasının digər tayfaları kimi, udilər də öz keçmiş həyat tərzlərini, ənənələrini unutmayıblar. Məsələn, keçmiş inanclardan olan aya ibadət hələ də mövcuddur.

Udi milli rəqsləri, eləcə də “Yallı” və “Uzundərə” kimi milli Azərbaycan rəqsləri toylarda və şənliklərdə bu gün də ifa olunur. Cümə günü xoşbəxtlik gətirən gün sayılır. Həmin gün başladılan iş birqayda olaraq, uğurla davam edir.

Udilər xristian olsalar da, onlarda qurban kəsmək kifayət qədər geniş yayılıb. Qurbanlar adətən müqəddəs hesab edilən ibadətgahlarda kəsilir. Nic qəsəbəsinin hər məhəlləsində, hər küçəsində belə yerlər var. Xristianlar bu adətdən çoxdan əl çəksə də, udilərdə qalmaqdadır. Bu, Nic kəndinə səfər edən xristian turistləri tez-tez təəccübləndirir.

Alban-Udi Xristian dini icması Azərbaycan Respublikasında 2003-cü ildə qeydiyyata alınıb. O vaxtdan, dövlət kilsələri bərpa, ibadəti təşviq etməyə başlayıb. 2006-cı ildə Şəki rayonunda yerləşən və Qafqazın ən qədim kilsələrindən olan Kiş məbədi də bərpa olunub. Nic kəndində yerləşən üç xristian məbədindən biri olan Müqəddəs Yelisey adına Cotari Kilsəsi udi icmasının ibadəti üçün yenidən açılıb.

Qədim dövrdən bəri Alban Apostol Kilsəsi Azərbaycanda müstəqil kilsə kimi fəaliyyət göstərib. Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra, 1830-cu illərdə o, erməni qriqoryan kilsəsinin tərkibinə verilib. Yalnız Azərbaycanın müstəqilliyinin bərpası udilərə Alban Apostol Kilsəsini də bərpa etmək imkanı verib. Udilər Alban Kilsəsinin dini varisləridir və bu gün də onun qorunub saxlanmasını təmin edirlər.

Qarabağda, Laçın, KəlbəcərQubadlıda qədim alban kilsələrinə bu gün də rast gəlmək mümkündür.

Alban Apostol Kilsəsinin bərpası Azərbaycan dövləti və xalqının dini icmaların sərbəst fəaliyyətinə dəstəyinin bariz nümunəsidir. Sadə Azərbaycan vətəndaşları, həmçinin qeyri-hökumət təşkilatları, Qafqaz Müsəlmanları İdarəsi və digər təşkilatlar Alban Apostol Kiləsinin restavrasiyasına öz səviyyələrinə uyğun dəstək göstəriblər. Xüsusilə, Azərbaycan prezidenti hər il bizə maliyyə dəstəyi göstərir. Nəticədə biz fəaliyyətimizi davam etdirir, abidələrimizi bərpa edirik.

Qafqaz Albaniyasının varisi olduğunu unutmayan, xristian mədəni irsini qorumaq üçün hər şeyi edən Azərbaycanın real siması budur. (Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - Video

Ən çox oxunanalar