Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa-Hizbullah ittifaqı? –"Livanın bu gün yaşadığı müsibətlərin əsas səbəbi həmin təşkilatdır"

Mişari Zeydi, Səudiyyə Ərəbistanı yazarı

“Şərqül-Əvsat”

Dəhşətli partlayışdan dərhal sonra Fransa Prezidenti Emmanuel Makronun Livana rəsmi səfəri Parisin «Hizbullah»a qarşı “xüsusi” münasibətini xatırladır. Hansı ki, Livanın bu gün yaşadığı müsibətlərin əsas səbəbi həmin təşkilatdır.

Fransa ilə Livan arasındakı münasibətlər müstəmləkə günlərindən “Respublika” günlərinə, sonra isə “Böyük Livan” dövrünə qədər üzvi və xüsusi emosional siyasətə əsaslanır. Bu əlaqələr Fransa kralı IX Saint Louisun 1250-ci ildə Livanda Maronitlərin Mühafizəsi Konvensiyasını təqdim edəndə başladı.

Keçmişi keçmişdə qoyub bu günə qayıtsaq, görərik ki, Fransa Livan «Hizbullah»ına digər Avropa ölkələrindən fərqli münasibət bəsləyir. Avropa ölkələri “«Hizbullah»”ın təkcə hərbi qanadını deyil, hərtərəfli bir terror təşkilatı kimi tanısalar da, Fransa Almaniyanın xilafına onu bu təsnifata daxil etmədi.

Prezident Emmanuel Makron fevralın 25-də İraq prezidenti Bəhram Saleh ilə keçirdiyi mətbuat konfransında dedi: “Fransa hökumətdə təmsil olunan heç bir Livan partiyasını terror siyahısına salmayacaq.” Bundan əlavə, Elise sarayının bir başqa rəsmisi, Prezident Makronun həmkarı Donald Trampa ABŞ-ın repressiya siyasətinin «Hizbullah» tərəfindən istismar edilə biləcəyini bildirdiyini və Vaşinqtonu yenidən Livana sərmayə qoymağa çağırdığını söylədi.

Liman fəlakətindən sonra Həsən Nəsrullah da çıxışında Makronun səfərini müsbət qiymətləndirdi. “«Hizbullah»” a yaxınlığı ilə tanınan “Əl Əhbar” qəzeti Makronun Əl-Sənavber Sarayında parlamentdəki «Hizbullah» blokunun rəhbəri Məhəmməd Rəad ilə təkbətək görüş keçirdiyini yazdı. Livanın “Cümhuriyyət” qəzeti də «Hizbullah»a yaxın mənbələrə əsaslanaraq verdiyi məlumatda təşkilatın Makronun təkliflərini “real təklif” olaraq qiymətləndirdiyini bildirdi.

Bundan əlavə, “Əl-Əxbar” qəzetinin məlumatına görə, Həcc Məhəmməd Rəad Macrona “Fransız vətəndaşlarının faşist işğalı əsnasında etdikləri kimi, döv lətin zəifləməsinə və azadlığının itirilməsinə mane olan “Müqavimət qüvvəsi”nin qorunması lazım olduğunu” deyib.

Eyni şəkildə Livanın “Nida əl-Vətən” qəzetində Makronun ABŞ-ın «Hizbullah» tərəfdarı mövqeyindən uzaqlaşmasına görə tərifləndiyini müşahidə edirik.

Sözümüzün canı budur ki, Livandakı İran qruplaşmasının və onunla ittifaqda olan xristian, sünni və dürzülərin başında çatlamış bu fəlakətdən sonra Fransa prezidentinin bu səfəri heç bir ciddi faydası olmayan bir təşəbbüsdür. Çünki ABŞ-ın maksimum təzyiq siyasəti İran və onun Livan «Hizbullah»ı kimi bütün qrupları əhatə edir və Tramp yenidən seçilsə, hətta əksinə, Obama tərəfdarı Bayden qalib gəlsə belə, İranla keçmişdəki kimi bal ayına qayıtmaq mümkün deyil.

Makronun səfəri bəzi simvolik, mənəvi və media baxımından dəyərli ola və bəlkə də Livan hakimiyyəti üçün bəzi maliyyə imkanları yarada bilər. Ancaq Livanın qəlbindəki İran tərəfdarı «Hizbullah» və müttəfiqi Avna qarşı qəzəbi yox etməyəcək.(Tərcümə Strateq.az-ındır.)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar