Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa-ABŞ böhranı NATO-nun konsepsiyasını dəyişə bilər

Fransa və ABŞ münasibətlərindəki böhran NATO-nun yeni strateji konsepsiyasının müəyyənləşməsinə güclü təsir göstərir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Bununla belə, Jan-İv Le Drian bunun Fransanın NATO-dan çıxmasına səbəb olmayacağını söyləyib: “Fransa Prezidentinin xahişi ilə NATO konsepsiyası ilə bağlı müzakirəyə başlayıb. NATO-nun Madriddə keçiriləcək növbəti sammitində yeni strateji konsepsiyası üzərində iş aparılacaq”.

Qeyd edək ki, bundan əvvəl Avstraliya Böyük BritaniyaABŞ-la müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq (AUKUS) sənədi imzalayıb. Eyni zamanda Avstraliya 90 milyard dollar dəyərində 12 ədəd “Barracuda” tipli sualtı hücum qayığının alınması ilə bağlı Fransanın “Naval Group” şirkəti ilə bağladığı razılaşmadan imtina etdiyini açıqlayıb. Fransa xarici işlər naziri bunu arxadan vurulan zərbə kimi dəyərləndirib.

Rəsmi Paris həm də tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmə üçün geri çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar