Bazar ertəsi, 03 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Franklin Ruzvelt – xanımının katibəsi ilə eşq yaşayan prezidentin həyat hekayəsi

Amerikalılar üçün Franklin Delano Ruzvelt ən sevimli prezidentlərdən biri olub, bu gün də öz statusunda qalır...

O, seçiciləri ilə "birbaşa əlaqə" quran belə yüksək çaplı ilk siyasətçi idi. Hər həftə radio vasitəsilə "Soba qarşısında söhbətlər" hekayəsi ilə xalqına müraciət edən prezident,əslində həftə boyu görülən işlər haqdaseçicilərinə hesabat verirdi.

İkinci Dünya Müharibəsi dövründə yaşanan dəhşətli iqtisadi böhran zamanı ölkəyə rəhbərlik edən məhz o idi. Ruzvelt uşaqlıqdan dəbdəbəli həyata alışmışdı, seçiciləri ilə görüşə yaxtalarda gəlirdi – xalq isə bunu ona bağışlayırdı. Amerika liderinin rahat həyata olan sevgisini bilən İosif Stalin Yaltada əvvəllər yalnız Rusiya imperatorlarının yaşadığı təmtəraqlı sarayı onunsərəncamına vermişdi.

Qüsursuz münasibətlər

Günlərin birində səhər tezdən yuxudan oyanan prezident Franklin Delano Ruzvelt həyat yoldaşı Eleanoranın axtararkən Ağ Evin bir neçə otağını gəzsə də, xanımını tapa bilmədi və katibindən birinci xanımın hara getdiyini soruşdu. Katibi qısa cavab verdi: "Həbsxanadadır." "Nədənsə bu məni təəccübləndirmir”,- deyən dövlət başçısı əsəbiləşmədi, gülümsəyərək: " Bəs onun həbsxanaya düşməyinə nə səbəb oldu?”,- deyə soruşdu.

Həmin gün Eleanor Ruzvelt xeyriyyə məqsədilə məhbuslarla görüşməyə getmişdi və sadəcə ərinə bu barədə xəbərdarlıq etməyi unutmuşdu. Qadın ABŞ-ın ictimai və siyasi həyatında fəal iştirak edir, ərinə kömək edir və ölkənin ən yüksək vəzifəsi uğrunda mübarizədə ona dəstək olurdu.

Bundan əvvəl xüsusi xidmət orqanları dövlət başçısının sirlərini cidd-cəhdlə ətrafdan qoruyurdu. Onun müxtəlif gözəl qadınlarla sevgi macəraları yaşadığı deyilir. Amma prezidentin əsas sevgilisi ölüm ayağınadək onu tərk etməyən Lyüsi Merser idi.

Gənc dənizçi

Franklin Ruzvelt uşaqlıqdan dəbdəbəyə alışmışdı. Onun atası, tanınmış sahibkar Ceyms Ruzvelt Nyü-Yorkla Olbani ətrafında, Qudzon çayının sahilində Hayd-Parkda yerləşən nəhəng ailə mülkünün sahibiydi. Ruzveltin anası yerli aristokratiyanın nümayəndəsi və böyük varidat sahibiydi. Kiçik Franklinin bütün arzuları anındaca yerinə yetirilirdi.

Səkkiz yaşında o, marka yığmağa başladı - valideynləri ona dünyanın hər yerindən müxtəlif markalar gətirdilər. İllər sonra onun kabinetində xüsusi taxta qutuda marka dolu çoxlu albom saxlanırdı. Ruzvelt yatmazdan əvvəlözünün marka kolleksiyasını yenidən nəzərdən keçirməyi xoşlayırdı və buna bir neçə saat vaxt sərf edirdi.

Ruzvelt hər yay ata-anası ilə birgə Avropaya səyahətə çıxırdı.Onlar Yeni İngiltərənin bahalı otellərində qalırdılar, ya da Kanada sahillərində yerləşən Kampobello adasında istirahət edirdilər. Məhz orda Ruzvelt dənizçiliklə maraqlanmağa başlayır.

O, hətta bir müddət dənizçi olmağı arzulayır. Ailədə hesab edirdilər ki, babasının hədiyyəsi olan nadir kitabların saxlandığı dəniz sandığının onun bu fikrə düşməsinə böyük təsiri olub. Franklin həmin sandıqdakı kolleksiyanı qayğı ilə qoruyub saxlayır və daha da zənginləşdirirdi.

Xanımı üçün katibə

Prezident postu uğrunda mübarizədə Ruzveltə həyat yoldaşı, keçmiş ABŞ prezidenti Teodor Ruzveltin qardaşı qızı Eleanora çox kömək edirdi. Harvardın və Kolumbiya Universitetinin Hüquq fakültəsinin qamətli, ucaboy, yaraşıqlı məzunu ilə ailə qurmaq çox qızın xəyalı idi. Amma o, aşiq olduğu uzaq qohumu Eleanoranı seçdi.

Gənc hüquqşünasınöz sahəsinə marağı az idi, bundan əlavə, pula da ehtiyacı yox idi. Ruzvelt getdikcə siyasətlə daha çox maraqlanmağa başlayır.

Demokratlar sırasına qoşulan Ruzvelt, seçki kampaniyası zamanı VudroUilsona fəal şəkildə kömək etməyə başlayır. Prezident kürsüsünə əyləşən Uilson Franklini mükafatlandırmaq qərarına gəlir. Gəmilərə və dənizə olan sevgisini bildiyindən onu hərbi-dəniz donanması nazirinin köməkçisi təyin edir.

Ərinin yeni vəzifəsini nəzərə alan Eleanora özünə katibə götürmək qərarına gəlir. Həmin katibə isə Lyüsi Merserolur.

Gənc qadını görən kimi nazir köməkçisi dərhal ona aşiq oldu. Bu sevgi Ruzveltin başını o dərəcədə gicəlləndirir ki, hətta həyat yoldaşından ayrılmaq niyyətində düşür. Ərinin xəyanəti haqda xəbər tutan qadın beş övladını da götürüb ailənin Kampobellodakı mülkünə yollanır.Onun gedişi Franklini əsla kədərləndirmir. Amma məsələyə siyasətçinin çox zəngin və hökmran anası müdaxilə edir.

Oğlunu vərəsəlikdən məhrum etməklə hədələyən qadın Merseri ondan otuz yaş böyük olan zəngin Rezerfordla evləndirmək qərarına gəlir. Sevgililər ayrılmağa məcbur olur. Çox keçmədən siyasətdə bəxti gətirməyən Ruzvelt heç sevmədiyi peşəsinə dönməli olur.

Bir il sonra, 1921-ci ildə mənfur poliomelit Ruzvelt bədəninin aşağı ətrafını iflic edən poliomelit xəstəliyinə tutulur. O, var gücü ilə xəstəliklə mübarizə etməyə qərar verir və bir müddət sonra artıq qoltuq ağacları ilə gəzməyə başlayır. Sağlamlıq durumu Ruzveltin karyera ambisiyalarını artırır. O, öz xəstəliyindən siyasi mübarizədə üstünlük kimi istifadə etmək qərarına gəlir.

Ruzveltlər Ağ evə köçmələrinə baxmayaraq, öz əski yuvalaında, Hayd-Parkdakı Sprinqvudmülkündə vaxt keçirməyi xoşlayırdılar. Ruzveltin yenilikçi ideyalarından biri də mülkdə kabinetinə bitişik kitabxana tikmək oldu. Uzun illərdir mövcud olan prezident kitabxanaları ənənəsi məhz Ruzveltdən başlayıb.

Prezident üçün imperator sarayı

ABŞ prezidentin böyük rəğbət bəsləyən sovet lideri Stalin 1945-ci ilin Yalta konfransı müddətində Rusiya imperatorlarının yaşadığı dəbdəbəli sarayı Ruzveltin sərəncamına verir. Ölkə başçıları danışıqları məhz həmin sarayda aparırdı. İqamətgah hər tərəfdən ciddi qoruma altında idi. Otaqlar ABŞ prezidentinin zövqünə uyğun olaraq yenidən boyadılıb bəzədilmişdi.

Dostların əhatəsində

ABŞ-a qayıdan Ruzvelt bir müddət fəal işləyir, sonra isə gözlənilmədən köməkçilərinə köhnə dostları ilə birgə Uorm-Sprinqs iqamətgahında istirahət etmək istədiyini bildirir. Aprelin 9-da Lyüsi Merser-Rezerford rəfiqəsi, rusiyalı mühacir rəssam Yelizaveta Şumatova və fotoqraf Robbinsonla birgə Ruzveltin villasına gəlir. Qeyd edək ki, Şumatova prezidentin portretini çəkməyə dəvət edilmişdi.

Dövlət başçısının sözlərinə görə, o, bu tablonu Lyüsinin yeganə qızına hədiyyə etmək istəyirmiş. Bu günədək aydın deyil ki, həmin qızın atası Ruzvelt idi, ya qoca Rezerford.

12 aprel 1945-ci ilin 12 aprel səhərində prezident adəti üzrə bir az işləyir, sonra Şumatova onun rəsmini çəkir, daha sonra öz sevimli markaları ilə məşğul olur (onun kolleksiyasında milyondan çox marka vardı) və yenidən sənədlərlə işləməyə başlayır. Xidmətçilər nahar süfrəsi açanda o, oturub siqaret çəkirmiş.. Qəfil ağrıdan üzünün ifadəsi dəyişir və çətinliklə alnını ovuşduraraq huşunu itirir.

Bir neçə saat sonra 63 yaşlı siyasətşi özünə gəlmədən dünyasını dəyişir. Gecə yarısı prezidentin dul xanımı Eleonora iqamətgaha gəlir. Həmin vaxt qonaqlar artıq villanı tərk edibmiş. Ruzveltin xanımı qısa müddətdə ərinin kiminlə vaxt keçirdiyini öyrənir. Məlum olur ki, son 25 ildə Franklin və Lyüsi görüşməyə davam edirmiş. Ruzveltin ağır xəstəliyinə baxmayaraq, Merser gizlincə Ağ Evə gəlirmiş. Həmçinin yaxta ilə gəzintilər zamanı da cütlük tez-tez birgə olurmuş.

Amma nə Lyüsiyə olan sevgisi, nə də ağır xəstəliyi Ruzveltə digər xanımlarla sevgi macəraları yaşamağa mane olmurdu.

Hesab olunur ki, Franklinin xanımı ərinin xəyanətlərini bağışlaya bilmədiyi üçün onu qapağı bağlı tabutda dəfn etməyi əmr edir. Bu məqam prezidentin ölümü ilə bağlı bir sıra şaiyə və variantların meydana gəlməsinə səbəb oldu.

Bununla belə, onun iki gün davam edən dəfn mərasimi ABŞ tarixindəki ən möhtəşəm dəfn mərasimlərindən biri idi. Mərasimin ilk günü Ruzveltin nəşi olan tabutu paytaxt küçələrindən keçirdilər. 400 minə yaxın insan mərhum dövlət başçısı ilə vidalaşmağa gəlmişdi.

Bütün Amerikada 1 dəqiqəlik sükut elan edildi. Bundan sonra tabut Ruzveltin Hayd-Parkdakı iqamətgahına aparıldı. Hərbçilər matəm marşının sədaları altında mərhum ABŞ prezidentini torpağa tapşırdılar. (Sfera.az)

pia.az


Etiket: Ruzvelt


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müddət sentyabrın 1-dək uzadıldı – Baş Nazirdən qərar

Zirəddin Rzayevin koronavirus proqnozu düz çıxdı - Daha nələr olacaq?

“Özünü müxalifət adlandıranların Ramiz Mehdiyev klanına işlədikləri daha aydın görünür”

"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"

Ağdamda toy-nişan olur, başçı karantində təbrik yollayır – Bir fotonun izi ilə

Müdafiə Nazirliyi Polad Həşimovun şəhid olduğu yerlə bağlı məlumat yaydı

Paşinyandan etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - Video

Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər 131% artıma necə nail ola biliblər?

Koronavirus nə üçün yaradıldı? - Sensasion açıqlama

Rusiya-Belarus sərhədində faktiki hərbi vəziyyət hökm sürür, hər iki tərəf postlar qurur - Fotolar

loading...

Ən çox oxunanalar