Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fortune Global və 500 Böyük Şirkət” cədvəlinin nəhəngləri...

“Fortune Global və 500 Böyük Şirkət” (FGBBŞ) cədvəlində 32 ölkəni təmsil edən şirkətlərin ümumi illik satış gəliri 2019-cu ilədək 2% artaraq 33,3 trilyon dollara çatıb...

Melih Baş
“Aydınlık” qəzeti, Türkiyə, 7 sentyabr 2020-ci il

“Fortune” jurnalının satış gəlirlərinə görə dünyanın ən böyük şirkətlərinin siyahısı yayımlanıb. Qısaca baxaq.

Ümumi mənzərə

“Fortune Global və 500 Böyük Şirkət” (FGBBŞ) cədvəlində 32 ölkəni təmsil edən şirkətlərin ümumi illik satış gəliri 2019-cu ilədək 2% artaraq 33,3 trilyon dollara çatıb. Bu, dünya ÜDM-nin 1/3-nə bərabərdir. FGBBŞ 69.9 milyon iş təmin edirmiş. Bu şirkətlərin ümumi mənfəəti isə 2,06 trilyon dollardır. Bir işçiyə düşən mənfəət, yəni əmək mənfəəti məhsuldarlığı 29,500 dollara bərabərdir. Bu rəqəm maliyyə, neft, əczaçılıq, texnologiya və pərakəndə satış sektorundakı bəzi şirkətlər üçün nisbətən yüksək göstəricidir.

Bu il cədvəlin yayımlanmasının 30-cu ilidir. ABŞ heç vaxt birinci yeri itirməyib. Lakin ABŞ üçün pis olan budur ki, oyunun ikinci pərdəsi başlanıb. Gəlin şirkətləri ölkələrə görə qruplaşdıraq.

FGBBŞ-i ölkələrə görə bölüşdürdükdə Çin ABŞ-ı qabaqlayır.

Çin 124 şirkətlə birinci yeri tutur (Tayvanla 133 şirkət). ABŞ isə 121 şirkətlə ikinci yerə düşüb və 2002-ci ildən bəri davamlı olaraq geriləyir. Çin tipli sosializm, yəni sol meydana çıxdıqda gec-tez qabaqlama halı baş verir. Onsuz da Çin şirkətlərinin sayı 2003-cü ildən bəri böyük şirkətlər davamlı olaraq artmaqdadır. Qeyd edək ki, 2003-cü ildə cəmi böyük şirkətlər var idi. Tramp, yəqin ki, indi “solmaq ya da solmamaq, bütün məsələ budur”, ifadəsini təkrarlayır.

Qeyd edək ki, 124 Çin şirkətinin 68%-i dövlət şirkətidir. “Fortune” jurnalının FGBBŞ sayının (avqust-sentyabr 2020) örtük şəkli də bunu “Dünya bir yol ayrıcındadır (Çinin yüksəlişi post-pandemiya nizamını necə quracaq)” başlığı ilə vurğulayır.

Çinlə ABŞ arasında gedən amansız texnoloji müharibə bir çox cəbhədən davam edir: süni zəka, 5G, səs tanıma, üz tanıma, fintech və s. Çinin yeniliklərə açılmaq prosesində dövlətin verdiyi dəstəyi görməzlikdən gəlmək olmaz.

Digər ölkələrə baxsaq, sıra ilə Yaponiya (53), Fransa (31), Almaniya (27), İngiltərə (22), Cənubi Koreya (14), İsveçrə (14), Kanada (13), Hollandiya (13), İspaniya (9), Tayvan (9), Hindistan (7), Braziliya (7), İtaliya (6), Avstraliya (5), İrlandiya (4), Rusiya (4), Meksika (4), Sinqapur (2) və hərəsi 1 şirkətlə Norveç, İsveç, Danimarka, Finlandiya, Malayziya, Tayland, Polşa, Avstriya, Belçika və Türkiyə gəlir.

Bəs Türkiyə?

Şübhəsiz ki, cədvəl Qara dənizdə beşinci təbii qazın kəşf edilməsindən əvvəl hazırlanmışdı. Türkiyəni FGBBŞ cədvəlində təmsil edən yeganə şirkət “Koç Holding”dir. 19 ildir bu cədvəldə olan şirkət 2018-ci ildə 423-cü yerdəydi, lakin bu il 471-ə düşüb. Əvvəlki dövrə görə 8,6% azalan satış gəliri təxminən 27,1 milyard dollar olub. Bu göstəricidə pandemiyanın heç bir təsiri olmadığını da vurğulayaq. Mənfəət də 32,3% daralma ilə 0,77 milyard dollar olub. “Koç Holding”in məşğulluğu isə 92.990-dır, yəni adambaşına düşən gəlir 8.321 dollar təşkil edir.

Ən yaxşı 10 şirkət

İlk beşlikdə 3 Çin şirkətinin olması diqqət çəkicidir. İlk sırada duran “Walmart” 7 ildir liderliyini qoruyur. Təxminən 524 milyard dollar satış gəliri ilə bu ilki qrafikdə bir daha birinci oldu. Hətta “Fortune Turkey və 500 Böyük Şirkət”in (321,8 milyard dollar) ümumi satış gəliri belə bir “Walmart” qədər deyil.

Pərakəndə nəhəngi olan Amazon da ilk 10-luğa daxil olub. FGBBŞ-in ən gəlirli şirkəti olan “Saudi Aramco” da altıncı sıradakı yerini qoruyub. Bu arada, “Aramco” bazar dəyəri baxımından dünyanın ən qiymətli şirkəti olmaq adını bu il 1 avqust tarixində bazar dəyərini 45% artıran “Apple”a (2 trilyon dollar) itirib.

Gəlin bu 10 şirkəti sıra ilə nəzərdən keçirək:

Bu 10 şirkətin yarısından çoxu neft və avtomobil şirkətidir.

Çempionlar

Satış gəlirlərinin artımına görə 278%-lə lider olan “Aviva”, mənfəət artımına görə birinci olan isə “Cisco Systems”dir (10,464.5%).

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar