Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Foreign Policy”: "Ukraynada baş verən münaqişə demokratiya üçün sınaqdır"

ABŞ-ın məşhur “Foreign Policy” dərgisində Mixaeil Kolborn Ukraynanın bəzi regionlarında elan olunmuş hərbi vəziyyətin ölkə demokratiyası üçün bir sınaq olduğunu yazır

Bəzi müşahidəçilər hərbi vəziyyətin Prezident Petro Poroşenkoya sərfəli olduğunu düşünürlər. Axı, prezident seçkisinə dörd ay qalır və prezidentin reytinqi aşağıdır.

“Poroşenkonun hərbi vəziyyət elan etmək qərarı gözlənilməz addımdır, mövcud təhdidə adekvat deyil. Bu səbəbdən güman etməliyik ki, bu qərar durumdan sui-istifadəni, özünə ictimai dəstəyi gücləndirməyi hədəfləyir”, – Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin təhlilçiləri belə düşünürlər.

Ancaq parlament hərbi vəziyyəti 60 deyil, 30 günlüyə və Ukraynanın sərhəd bölgələrində elan etdi. “Rada prezidentə nəzarət funksiyasını yerinə yetirdi”, – London Kral Kollecində mühazirə deyən Alexander Clarkson belə deyir.

2014-cü ilin Avromeydan etirazlarında iştirak etmiş ukraynalı fəal Katerina Kruk isə dərgiyə deyib ki, bazar ertəsi baş verənlər heç də güclü və dinamik demokratiya göstəricisi deyil, amma yenə də, azından, ukraynalı siyasətçilərin bir-birilə danışa bildiyini, güzəştə getdiyini, kompromis əldə etdiyini göstərir. “Parlamentin öz mövqeyini müdafiə etməsindən məmnunam”, – Kruk söyləyib.

Ancaq müəllif yazır ki, Vervovna Radanın prezidentin səlahiyyətini balanslaşdıra bilməsini sərgiləməsinə baxmayaraq, müşahidəçilər hələ də bir məsələ üzərində baş sındırırlar – Poroşenkonun real niyyətləri, hərbi vəziyyət, hətta miqyası məhdudlaşdırılsa belə, ölkəyə nə bəxş edəcək. (azadlıq.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar