Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fondun belə qərar verməsi provakasiyadır” – Banklara etibar niyə öldürülür?

“Əmanətlərin Sığortalanması Fondu banklarda əhalinin yerləşdirilmiş olduğu əmanətlərin 90%-nin öhdəliyini öz üzərinə götürmür”

PİA.az bildirir ki, bunu iqtisadçı ekspert Nemət Əliyev “Yeni Sabah”a açıqlamasında bildirib. Fondun qorunan əmanətlərin yuxarı həddini 10 faiz müəyyən etməsi haqda qərarını şərh edən iqtisadçı bildirir ki, bu qurum əslində insanların inamını qazanmaq üçün yaradıldı.

“İnsanlar haqqlı olaraq, kütləvi şəkildə öz əmanətlərini bank sektorundan geri çəkməyə başladı, əhalinin banklara inamı kəskin şəkildə azalmışdı. Bunu bərpa etmək lazım idi. Buna görə belə bir fond yaradıldı.

Fond isə insanlara müraciət etdi ki, “Siz narahat olmayın, gətirib əmanətlərinizi yerləşdirin, biz onu vaxtında sizə olduğu kimi qaytaracağıq”.

Fikir versək görərik ki, belə bir paradoksal vəziyyət yaranır - onlar əhalini sakitləşdirdilər, başlarının altına yastıqlarını qoydular. İndi isə rahatca öz funksiyalarını yerinə yetirməkdən boyun qaçırırlar. Həmçinin dövlət büdcəsindən bu fonda böyük vəsaitdə ayrılır. İndi nə oldu? Sən elə sanırsan ki, əhalinin etimadını qazandın, özünü doğrultdun, belə edirsən?

Əgər banklardakı əmanətlərin həcminə müraciət etsəniz, görərsiniz ki, məsələn 2014-cü ildən bu yana kəskin azalma var.

Xarici valyuta ilə ifadə etsək, 2014-cü ilin sonlarına doğru 9 milyard dollar həcmində əmanət yerləşdirilmişdi. 2019-cu ildə isə bu məbləğ təxminən 2 dəfəyə qədər- 4,5 milyard dollar olub.

Doğru olaraq əhali banklara əmanət yerləşdirmirdi. Bunun bir neçə səbəbi var. Bu səbəblərin başında etibarsızlıq və inamsızlıq durur.

İndi fondun belə bir addım atması sanki provokasyon xarakteri daşıyır. Yatmışları da oyadır ki, “baxın mən imtina etdim”.

Mən bu addımı təqdir etmirəm, etiraf edirəm ki, bu yanlış addımdı. Bu əhali arasında böyük təşviş yaradacaq. İnsanların banklara olan inamı yenidən sarsılacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar