Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Xalq artisti Flora Kərimova onu "Allahsızlıqda" günahlandıranlara cavab verib.

PİA.az xəbər verir ki, Xalq artisti "kütlə, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz!" deyə məsələyə reaksiya verib.

Flora Kərimova qeyd edib ki, artıq bir neçənci dəfədir ki, bu kimi çirkab kampaniyalardan alnı açıq çıxır:

"Bir şey tapmadız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda “Allahsızlıqda” günahlandırır!

Yaradanla Allahlar (Şiva, Zevs, Ra, Məzda... ) arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır.

Bir tikə çörək üçün kişiliyinizi, vicdanınızı, ləyaqətinizi, qeyrətinizi tapdalamaq yarışına girmisiz!

Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz! Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın?

Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatmadı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın!

Yaradan "sən"ləri o qədər cılız yaradıb ki, ac qalmamaq üçün mənim təhrif edilmiş cümlələrimə möhtacdırlar!"

Flora Kərimova bildirib ki, dünən biri ölür, tanımadan, bilmədən şərhlərə bu gün nələr yazılır:

"Artıq o həddə çatmısız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağa edirsiz, “şərh” yarışına çıxırsız. Görək kim daha yaxşı təhqir yazıb "şərh" tutuzduracaq!!!

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?! Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiz! Yaradan bağışlayacaq sizi?!"

"Bəli, demişəm - "Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı!". Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə Halal etmirəm!

Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadız. Təkəbbür, kibir, riyakarlıq, içindəsiniz! İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!

Ömrümü mən boşuna yaşamadım. Millətimin, xalqımın, insanların və ən əsası Yaradanımın yanında sədaqətimi, kimliyimi, xırdalamadım!

Bu Ramazan ayında bağımda “it ovçularından” gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! “sən”lərin duaları olmasa da olar!", - deyə Xalq artisti sözlərini tamamlayıb.

Xatırladaq ki, Flora Kərimovanın Allahla bağlı dedikləri birmənalı qarşılanmamış və tənqid edilmişdi.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar