Çərşənbə axşamı, 21 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Flora Kərimova: “Ali Baş Komandan mənə əsgər kimi baxdı...” - Video 

“Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur”.

Bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı deyib.

“Nə etmişəmsə millətim üçün etmişəm. Göz yaşlarımı tökə-tökə, həsrətdə qala-qala, heç vaxt heç nəyəsə ümid etməmişəm. Ümid mənim üçün yad bir şeydir. Düşünüb, planlaşdırmamışam. Bu mənim üçün qəflətən oldu. Düşünmürdüm ki, mən buna layiqəm ya da bu, mütləq olmalıdır. Bunu qanla yoğrulan Qarabağı bağışlayan bir insana borcluyam - Ali Baş Komandana. 

Prezident İlham Əliyev ürəyinin səsini eşitdi və qiymət verməyi bacardı. Ali Baş Komandan mənə əsgər kimi baxdı və sıravi əsgər kimi qiymət verdi. Bu, başımın ən böyük ucalığıdır, mən bu xalqın, millətin əsgəriyəm”, - deyə, Flora Kərimova bildirib.

Xalq artisti qeyd edib ki, bu gün həm də onun qızının ad günüdür.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

“Atamın adı mənə çox böyük zərbələr vurub” - Nüsrət Kəsəmənlinin oğlu

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? - Foto

Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

AZAL prezidentinin xanımının məhkəmədə cavab verməsi tələb olundu

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Barmaqlardakı qıcolmalar nəyin əlamətidir? - Həkim

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

Siyasi müxalifətdə olduguna görə tanınmış hakimin təqaüdləri əlindən alınır

Laçın dəhlizi bağlanmalıdır - “Rusiya özünü uçuruma sürükləyir”

Ən çox oxunanalar