Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fizuli və Cəbrayılda xalq Baş Komandanı izdihamla qarşıladı

"Azərbaycan tarixinə növbəti şərəfli və unudulmaz günlər daxil oldu. 8 noyabrda 28 ildən çox işğal altında olan Şuşa şəhəri azad edildi. Şuşanın azad edilməsinin əhəmiyyəti isə özünü çox tez bir zamanda göstərdi və cəmi iki gün sonra düşmən öz məğlubiyyətini elan etmək məcburiyyətində qaldı."

PİA.az xbər verir ki, Bu fikirləri politoloq Rəşad İmanov söyləyib.

Politoloq bildirib ki, Şuşanın azad edilməsi əslində xalqımızın və dövlətimizin istər mənəvi və tarixi, istərsə də strateji və hərbi baxımdan qələbəsinin carçısı idi. 30 ilə qədər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bununla Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi təmin olundu. Ermənistan ordusu məhv oldu, qurduqları istehkamlar keçildi. Ermənistanda hələ də qarşılıqlı ittihamlar baş alıb gedir.

Otuz ilin Vətən həsrəti iradəmizə heç bir mənfi təsir göstərmədi. Bütün bunlar sübut etdi ki, heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Azərbaycan xalqı hər zaman ümummilli lider Heydər Əliyevin və onun davamçısı cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib.

Məhz bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz rəhbərinə sevgi və etimadını nümayiş etdirir.

Belə bir xalq sevgisi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz isə bizə düşmən qarşısında da əlavə güc verdi. Azərbaycan xalqı yumruq kimi birləşib və bu birlik əbədi olacaqdır. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkanlar yaradacaq və dövlətimizin gücü də məhz Azərbaycan xalqının dəstəyindədir. Biz bir daha göstərdik ki, milli məsələlərdə hamımız birləşə bilirik və bu birlikdə, həmçinin qələbəmizin əldə olunmasında ən önəmli amil də Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi oldu.

Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Ölkənin siyasi tarixində ilk dəfə olaraq ölkəmizin 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat, eyni zamanda, ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur.

Baş vermiş siyasi hadisələrin nəticəsi ondan ibarətdir ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz və ordu quruculuğu da bizim qələbəmizi şərtləndirən önəmli amillərdən oldu. Azərbaycan müharibəni yalnız humanitar hüquq normaları çərçivəsində aparmaqla ona əsassız ittihamlar irəli sürənlərə qarşı layiqli cavab vermiş oldu. Bu qələbə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Azərbaycan xalqı öz yenilməzliyini, dəmir iradəsini göstərdi. O baxımdan qeyd edilməlidir ki, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır, zəfərdən zəfərə aparır. Bununla da xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Məhz əldə edilən bu kimi zəminlər əsasında Azərbaycan müasir hərb tarixində yeniliyə imza atdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar