Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fırıldaqçı deputatın fəaliyyəti araşdırılmalıdır

Xəbər verdiyimiz ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov aldığı borcu vəd etdiyi vaxtda qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsini girov qoyub

Deputatla bağlı yayılan bu xəbər ölkənin ictimai-siyasi arenasında etirazla qarşılanır və Milli Məclis üzvünün bu əməli Azərbaycanın qanunverici orqanına təhqir kimi qiymətləndirilir.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Reyting.az-a deyib ki, əgər təsdiqini taparsa, deputatın əməli biabırçı hadisədir.

Onun sözlərinə görə, haqlı olaraq belə bir sual meydana çıxır ki, deputat 300 min manatdan artıq vəsaiti nəyə güvənərək borc götürür: "Həm də bu pulu cəmi 7 aya qaytaracağı barədə öhdəlik yazıb. Axı, deputat qanuna görə bizeslə məşğul ola bilməz və aylıq əmək haqqı da 3 min manatı aşmır. Bütün bu suallar Rafael Cəbrayılovun fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən təftiş olunmasına əsas verir”.

M. Rəhimli diqqətə çatdırıb ki, məsələnin diqqətçəkən digər tərəfi Milli Məclis üzvünün öz deputat vəsiqəsini girov qoymasıdır: “Belə çıxır ki, o, ona görə deputat seçilib ki, mandatından istifadə edərək qaranlıq və çirkli işlərlə sərvət toplasın? Həm də bu zaman bir deputat sadə vətəndaşa da kələk gəlib. III və IV çağırış Milli Məclisin etibarlılıq müddəti keçmiş deputat vəsiqələrini girov qoymaqla Cəbrayılov qarşı tərəfi aldadıb. Bütün bunlara baxıb bir daha təəccüb edirsən ki, bu adam, əvvəlini bilmirəm, 15 ilə yaxındır ki, deputatdır... Bu, böyük biabırçılıqdır".

ReAL partiyanın icra katibi Natiq Cəfərli Reyting.az-ın əməkdaşına bildirib ki, sözügedən məsələylə bağlı ciddi tədbirlər görülməlidir.

Onun sözlərinə görə, son hadisələr göstərdi ki, deputat ciddi qanun pozuntusuna yol verib: “Açığı, bu, artıq dələduzluq işinə də oxşayır. Çünki kifayət qədər ciddi ittihamlar və məhkəmə qaydasında təsdiq olunmuş sənədlər var. Yəni, həmin deputat dələduzluq maddəsi ilə cəzalandırıla bilər. Ən təəccüblüsü və tragikomik olan odur ki, həmin deputat parlamentin hüquq komitəsinin üzvüdür. Bu, bir daha onu göstərir ki, Azərbaycan parlamentində ciddi dəyişikliklərə ehtiyac var. Ölkənin qanunverici hakimiyyəti ölkənin problemlərinin həlli məkanına çevrilməlidir. Təəssüf ki, bu gün parlamentdə dövlətin, parlamentin adına ləkə gətirəcək addımlar atırlar. On görə də Azərbaycanda azad, demokratik seçkilərin keçirilməsinə, parlamentin tərkibinin tamam dəyişməsinə ehtiyac var. Həm deputat adını, həm də təmsil elədiyi siyasi qrupu ciddi şəkildə ləkələyən adamlar parlamentdə olmamalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar