Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya və İsveçrə NATO-ya qoşulmaq istəyir... - Türkiyə buna mane ola biləcəkmi?

Əgər Finlandiya və İsveçrə NATO-ya qəbul edilsə, Avropanın təhlükəsizlik xəritəsi necə dəyişəcək?..

Politoloq: “Bir çoxları Türkiyənin bu mövqeyini təndiq etsə də, hesab edirəm Ankaranın mövqeyi haqlı və doğrudur”.

“Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması qarşılığında F-35 proqramına qaytarılması, ölkədəki miqrantlar qarşlığında Qərbdən iqtisadi yardımların artırılması və Qərbin türk lirəsini süni şəkildə dəyərdən salmasının qarşısını alması kimi tələbləri də irəli sürə bilər”.

Bu sözləri politoloq Turan Rzayev İsveçin və Finlandiyanın NATO-ya daxil olmaq istəklərini PİA.az-a şərh edərkən qeyd edib.

Finlandiya və İsveçrə NATO-ya qoşulmaq istəyir. Bununla bağlı Finlandiya prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin NATO-ya üzv olmaq üçün etdiyi müraciəti “tarixi gün” olaraq qiymətləndirib və "artıq Rusiya ilə öz imkanlarımızda dinc gələcəyə arxalana bilmərik. Ona görə də biz NATO-ya müraciət edirik”, - deyə bildirib.

Məlumdur ki, Finlandiya və İsveçin NATO-ya üzv ola bilməsi üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin razılığı tələb olunur. O da məlumdur ki, Türkiyə, Finlandiya və İsveç arasındakı əsas fikir ayrılığı PYD, YPG, PKK ilə bağlıdır. Ərdoğan dünən açıqlamasında növbəti dəfə bildirib ki, Türkiyə bu məsələdə geri addım atmayacaq. O, hətta məsələ ilə bağlı Ankaraya səfərə hazırlaşan Finlandiya və İsveçin xarici işlər nazirilərinə mesaj yollayıb ki, özlərinə əziyyət verib Ankaraya gəlməsinlər.

Məsələ ilə bağlı Vaşinqtondan bildiriblər ki, onlar Türkiyənin bu məsələ ilə bağlı mövqeyini öyrənirlər.

Əgər Finlandiya və İsveçrə NATO-ya qəbul edilsə, Avropanın təhlükəsizlik xəritəsi necə dəyişəcək və Ankaranın veto hüququna görə İsveç Türkiyəyə hansı təkliflər irəli sürə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İsveçin Türkiyəyə hansı təkliflər irəli sürəcəyi də maraqlıdır”.

İsveçin NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərəcəyini xatırladan politoloq PİA.az-a bildirib ki, nümayəndə heyəti Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbuluna qarşı olması ətrafında müzakirələr aparacaq:

“Əvvəla onu qeyd edim ki, İsveç və Finlandiyanın NATO-ya qoşulmasına təsdiq verilsə və Finlandiyanın üzvlüyünə yaşıl işıq yandırılsa, Avropanın təhlükəsizlik xəritəsi də köklü şəkildə dəyişəcək. Bu Rusiyaya qarşı yeni bir Avropa təhlükəsizlik sistemi demək olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını açıqca ifadə edib. O bunu iki əsas səbəblə açıqlayıb:

Birincisi, Ərdoğan qeyd edib ki, “bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz”.

İkincisi, Ərdoğan bildirib ki, “Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib. PKK, PYD, YPG, terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - Ərdoğan bildirib.

Bir çoxları Türkiyənin bu mövqeyini təndiq etsə də, hesab edirəm Ankaranın mövqeyi haqlı və doğrudur. Xüsusilə də Ərdoğanın “Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib” ifadəsi Ankaranın əsas arqumentidir.

Türkiyə illərdir adıçəkilən terror təşkilatları ilə həm ölkə daxilində həm də xaricində mübarizə aparır. Bununla belə Skandinaviya ölkələri başda olmaqla, br çox Avropa ölkəsi PKK, PYD, YPG kimi terror təşkilatını himayə edir. İsveç və Norveç kral ailələri səviyyəsində bu terror təşkilatını dəstəkləyirlər. Finlandiyaya gəldikdə isə rəsmi Helsinki İsveç, Norveç qədər terror təşkilatlarını dəsətkləməsə də, separatçılara siyasi sığınacaq verir və sərbəst şəkildə ölkədə yaşaması üçün şərait yaradır. Hesab edirəm bu və digər səbəblərə görə Ankaranın mövqeyi başadüşüləndir.

Hesab edirəm indiki məqamda Türkiyə Finlandiya və İsveçin müraciətinə mane olmayacaq. Ümumiyətlə Ankaranın belə bir niyyəti də yoxdur. Bunun NATO-nun Baş katibi Yens Stoltenberqin son açıqlaması da təsdiqləyir. "Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü əngəlləmək niyyətində olmadığını açıq şəkildə bildirdi", - o bildirib.

Turan Rzayev: “İsveçin NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün Ankaraya nümayəndə heyəti göndərməsi də təsadüfi deyil”.

Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya alyansa qoşulmazdan əvvəl bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün Baltikyanı ölkələrdə hərbi mövcudluq artırılacaq. Onun bu sözündən belə bir nəticəyə gəlmək olar ki, Finlandiya və İsveçin ittifaqa qoşulmasına Türkiyə razılıq verəcək, lakin Ərdoğanın “hə” deməsi üçün NATO Ankaraya güzəştə getməlidir.

Artıq bu istiqamətdə danışıqların başladığını da demək olar. Misal üçün İsveç NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərəcəyini elan edib.

Məlumata görə, nümayəndə heyəti Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbuluna qarşı olması ətrafında müzakirələr aparacaq. İsveçin NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün Ankaraya nümayəndə heyəti göndərməsi də təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ Dövlət katibi Entoni Blinken ötəngünkü açıqlamasında qeyd edib ki, “Danışıpqlar davam edir, Türkiyə, Finlandiya və İsveç arasında fikir ayrılıqları var. Amma üzvlük prosesilə bağlı, əminəm ki, razılığa gələcəyik”.

Türkiyənin PYD, YPG, PKK ilə bağlı məsələdə geri addım atması inandırıcı olmasa da İsveçin Türkiyəyə hansı təkliflər irəli sürəcəyi də maraqlıdır.

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması qarşılığında F-35 proqramına qaytarılması, ölkədəki miqrantlar qarşlığında Qərbdən iqtisadi yardımların artırılması və Qərbin türk lirəsini süni şəkildə dəyərdən salmasının qarşısını alması kimi tələbləri də irəli sürə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar